Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Bakı və İrəvan arasında YENİ MƏQAMLAR: Artıq təzminat tələbi də… KONKRET

Bakı və İrəvan arasında YENİ MƏQAMLAR: Artıq təzminat tələbi də… KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sülh sazişi mətninin XV maddəsi Azərbaycan cəmiyyətində bir məsələnin müzakirəsinə səbəb oldu: müharibə və işğal dövründə dəymiş ziyanın ödənməsindən imtina edirik?

XV maddəyə əsasən tərəflər bir-birinə qarşı məhkəmə iddialarından-şikayətlərindən imtina etmək öhdəliyi götürür və bu, haqlı olaraq, “təzminatdan imtina edirik” fikrini yaradır.

KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, hərçənd, rəsmi Bakının dəfələrlə ən yüksək səviyyədə dilə gətirdiyi təzminat məsələsindən imtina edəcəyi ehtimalı zəifdir.

A. Nərimanlının sözlərinə görə, birincisi, müharibə və işğal dövründə vurulan ziyan Ermənistandakı revanşistlərin, eləcə də həbs olunan separatçıların əməlidir: bundan imtina etmək revanşistlərin və separatçıların məsuliyyətini azalda bilər; ikincisi, təzminat məsələsi Ermənistan üzərində daimi təsir rıçaqlarından biri ola bilər.

O, qeyd edib ki, məsələyə dair müəyyən ehtimallar irəli sürmək üçün açıq qalan suallara cavab axtarmaq zərurəti var. Politoloq sual edir: təzminat sülh sazişinə niyə daxil edilməyib? Onun fikrincə, 17 maddəlik sülh sazişi mətnində razılaşdırılmayan məsələlərdən biri də beynəlxalq məhkəmə iddialarından imtina idi. Mümkündür ki, dəymiş ziyanın ödənilməsi, eləcə də digər iddialar daha öncə mətndə yer alıb, lakin bu məsələlər sazişin razılaşdırılmasını çətinləşdirdiyi üçün çıxarılıb.

A. Nərimanlı vurğulayıb ki, sazişdə yer almayan təzminat məsələsi iki formatda gündəmə gələ bilər. Birincisi, beynəlxalq məhkəmələr qarşısında qaldırılması qəbul olunmuş təcrübədir, lakin bu, Azərbaycan-Ermənistan müstəvisində effektiv olmayacaq. Çünki Qarabağ münaqişəsinin mövcud olduğu dövr təsdiqlədi ki, beynəlxalq hüquq və ədalət çox vaxt siyasi prinsiplərə əsaslanır, həm də bu proses əks iddialarla zaman itkisinə gətirir. İkincisi isə məsələni ikitərəfli formatda Ermənistan qarşısında qaldırmaq nəticə baxımından daha effektiv ola bilər.

Politoloq ehtimal edir ki, Azərbaycan dəymiş ziyanın ödənilməsi məsələsini sülh sazişi mətnindən çıxarmaqla Ermənistanla gələcək münasibətlərin qurulmasında ayrıca istiqamət kimi izləmək niyyətindədir. Onun sözlərinə görə, təzminat məsələsi sülh sazişindən kənar da müzakirə oluna bilər. Bu, presedenti olan bir haldır – məsələn, sərhədin delimitasiyası və Zəngəzur dəhlizinin açılması sülh sazişindən kənar müzakirə edilirdi və nəticələr qənaətbəxş oldu.

O əlavə edib ki, itkin düşmüş və əsir götürülmüş şəxslərin taleyinin müəyyən edilməsi ilə bağlı tərəflər arasında ayrıca saziş imzalanacaq. Bu, paraflanmış sülh sazişi mətninin IX maddəsində öz əksini tapıb. Bu o deməkdir ki, Ermənistanla münasibətlərin qurulmasında azərbaycanlıların tarixi yurdlarına qayıdışı, dəymiş ziyanın ödənilməsi kimi məsələlər də ayrıca istiqamətdə müzakirə edilə bilər.

A. Nərimanlıya görə, IX maddədə qeyd olunan “onların qalıqlarının axtarılması və geri qaytarılması, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsi” fikirləri Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı zorakılıq törədənlərin cəzalandırılması deməkdir. Əgər bu şəxslər cəzalandırılacaqsa, onların əməllərinin nəticəsi olan dəymiş ziyanın ödənilməsi də gündəmdə qalacaq.

Politoloq hesab edir ki, dəymiş ziyanın hansı formada ödənilməsi isə əlavə müzakirə mövzusu ola bilər.

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Avqust 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see183

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see142

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see138

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see135

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri