Icma.az
close
up
RU
Bakı və İrəvanda dekabr gözləntiləri Sülh danışıqları hansı nöqtədən bərpa olunur? AzPolitika onlayn siyasiictimai qəzet

Bakı və İrəvanda dekabr gözləntiləri Sülh danışıqları hansı nöqtədən bərpa olunur? AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

 Son həftələr ərzində dünya gündəminin başlıca mövzularından birinə çevrilən və Azərbaycan - Ermənistan sülh danışıqlarında fasiləyə səbəb olan COP29 İqlim Konfransı başa çatdı.

Rəsmi İrəvan bu tədbirin Bakıda keçirilməsinə səs versə də, iştirak üçün şərt irəli sürdü və yalnız Azərbaycanda həbsdə olan bəzi Ermənistan vətəndaşlarının azad ediləcəyi halda COP29-a qatılacağını bəyan etdi. Azərbaycanın hər hansı bir şərti rədd etməsinin ardından Ermənistan tədbirdə iştirak etməmək qərarına gəldi. Bununla da, ötən ilin 7 dekabrından başlayan xoşməramlı addımlar zənciri qırıldı.

Lakin buna baxmayaraq, dekabr ayında Bakı və İrəvan arasında nizamlanma prosesindəki aktivliyin bərpa ediləcəyi gözlənilir. İndiyədək hər iki tərəfdən sülh sazişi mətninin böyük hissəsinin razılaşdırıldığı barədə rəsmi açıqlamalar verilib. Odur ki, dekabr danışıqlarının əsas mövzuları hələ də ortaq məxrəcin tapılmadığı məsələlər və onların mümkün sazişdə necə öz əksini tapması olacaq. Həmin məsələləri bir daha xatırlatmaq yerinə düşər. Paşinyan həftəsonu Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibədə hazırda tərəflər arasında yekun razılaşmaya mane olan üç əsas mövzunu vurğulayıb. Bunlar Ermənistan Konstitusiyası, qarşılıqlı məhkəmə iddiaları və Ermənistandakı Aİ missiyasının simasında xarici güclərin ikitərəfli münasibətlərə müdaxiləsi məsələsidir.

Paşinyan Ermənistan Konstitusiyasına dəyişikləri, xüsusilə də Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Müstəqillik Bəyannaməsinə istinadın əsas qanundan çıxarılmasını prinsipcə istisna etmir. Lakin Baş nazir hələ ki, yalnız yayındırıcı manevrlərlə məşğuldur. Bəyannamənin bəzi müddəalarının hüquqi qüvvəyə malik olmamasına dair Ermənistan Konstitusiya Məhkəməsinin qərarı buna misaldır. Halbuki, Bakı İrəvandan bu mövzuda real addımlar gözləyir. Ən azından, indiyədək Paşinyan hökuməti parlament çoxluğundan istifadə edib Ermənistan Ali Sovetinin 1992-ci il qərarlarını ləğv edə bilərdi. Amma İrəvan nəinki öz qanunvericiliyini Azərbaycana qarşı ərazi iddialarından təmizləmir, hətta qarşı tərəfin Konstitusiyasında da “gizli ərazi iddiaları” axtarır. Azərbaycan və Ermənistan tərəfindən beynəlxalq məhkəmələrdə qaldırılmış qarşılıqlı iddialarına gəlincə, Paşinyanın sözlərinə görə, Ermənistan bu iddialardan yalnız sülh razılaşması əldə olunduqda imtina etməyə hazırdır. Onun fikrincə, tərəflər ancaq keçmişdəki hadisələrlə bağlı bir-biri ilə məhkəmə çəkişmələrindən imtina etməli, lakin onların gələcəkdə yarana biləcək mübahisələrə dair beynəlxalq arbitraja müraciət etmək hüququ məhdudlaşdırılmamalıdır.

Ermənistan ərazisindəki Aİ missiyasına gəlincə, Azərbaycan hazırda sülh danışıqları masası arxasında ancaq iki tərəfin əyləşdiyi kimi, yerdə də yalnız iki tərəfin olmasını labüd hesab edir. Ermənistan Azərbaycanın bu tələbindən istifadə edərək Rusiya sərhədçilərini şərti sərhəddən çıxarıb, lakin avropalılarla bağlı analoji addım atılmayıb. Paşinyan son açıqlamasında Bakı ilə sərhədlərin delemitasiyasını davam etdirmək niyyətini təsdiqləyib və artıq delimitasiya olunmuş sərhəd ərazilərindən Aİ missiyasını kənarlaşdırmağı təklif edib.

Qeyd olunanlarla yanaşı, ATƏT-in Minsk qrupunun ləğvi məsələsi də dekabr danışıqlarının mövzusu olacaq. Ermənistanın bu məsələ ilə əlaqədar sərgilədiyi mövqe onun davamlı sülh istəyində səmimiliyinə şübhə yaradır. Belə ki, əsasən Qarabağın statusunun müəyyənləşdirilməsi məqsədilə yaradılmış bu təsisatın saxlanılmasında İrəvanın hələ də maraqlı olması məntiqəuyğun deyil. Əlbəttə ki, Minsk qrupunun ləğvi ilə bağlı Ermənistanın yanaşmasında həmsədrlərdən biri olan Fransanın kölgəsi açıq-aydın görünür. İrəvanın maraqlarını beynəlxalq məhkəmələrdə təmsil edən vəkillərin arasında xeyli fransız hüquqşünasın olmasını da nəzərə alsaq, Parisin sülh prosesinə necə əngəl törətməsi aydın olur.

(Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Dekabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri