Bakı və Kişineu daha 12 sənəd imzalaya bilər
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan və Moldova əməkdaşlığı genişləndirməyə imkan verəcək 12 sənəd layihəsini nəzərdən keçirir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda Moldovanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
M.Məmmədov qeyd edib ki, Azərbaycan və Moldova arasında ikitərəfli hüquqi bazanı genişləndirmək, eləcə də ikitərəfli münasibətlərin gələcək inkişafı üçün həlledici əhəmiyyət kəsb edən ikitərəfli sənədləri imzalamaq son dərəcə vacibdir.
Onun sözlərinə görə, bu günədək iki ölkə arasında müqavilə-hüquq bazası çərçivəsində 68 sənəd imzalanıb.
"Hazırda tərəflər 12 sənəd layihəsini nəzərdən keçirirlər. Bu aktların operativ imzalanması ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi üçün yeni üfüqlər açacaq", - nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 18 Sentyabr 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















