Icma.az
close
up
RU
Bakı və Madrid hələ də ÇL in finalı üçün yarışır Rəsmi açıqlamalar

Bakı və Madrid hələ də ÇL in finalı üçün yarışır Rəsmi açıqlamalar

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən Avropanın bir çox media qurumunda UEFA-nın 2027-ci ildə keçiriləcək Çempionlar Liqasının final matçının stadionu ilə bağlı qərar verdiyi haqfa məlumat yayılıb. Həmin məlumatlarda görüşü “Atletiko”nun (Madrid) ev oyunlarını keçirdiyi “Metropolitano” stadionunun qəbul edəcəyi iddia olunub.

Qeyd edək ki, sözügedən final üçün ikinci namizəd arena Bakı Olimpiya Stadionudur.

QOL.az xəbər verir ki, bundan sonra İspaniya Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Luzan (Rafael Louzán) yerli jurnalistlərə açıqlamasında məlumatı təsdiq edib.

Lakin bir neçə saat sonra bu xəbərlər təkzib olunub.

“Marca” nəşrinin yazdığına görə, “Atletiko” Madrid prezidentin bu açıqlamasına təəccübünü bildirib. Çünki klub bu barədə heç bir rəsmi məlumat almayıb.

“Atletiko”nun ofislərindən bildirilib ki, onlar hələ də bu müraciətin tamamlanması üçün zəruri prosedurları yerinə yetirirlər və UEFA finalın keçiriləcəyi stadionu yalnız Avropa Liqasının həlledici oyunu ərəfəsində, may ayında Bilbaoda elan edəcək.

Beləliklə, “Atletiko” hələ də rəsmi məlumat gözləyir və stadionlarının ikinci dəfə Çempionlar Liqasının finalına ev sahibliyi etməsi üçün çalışır.

Yaranan ajiotajdan sonra RFEF prezidenti öz açıqlamasına düzəliş edib. Federasiyanın bununla bağlı yaydığı açıqlamada bildirilib:

"Qeyd etmək vacibdir ki, bu, sadəcə olaraq Madriddə finalın keçirilməsinə dair bir niyyət və nikbinlik bəyanatıdır. UEFA bu qərarı may ayının sonunda açıqlayacaq. RFEF İspaniyanın, Madriddə yerləşən “Riyadh Air Metropolitano” stadionunun bu final üçün hazır və ən uyğun yer olduğunu düşünür.”

Beləliklə, Bakı və Madrid hələ də ÇL-in finalı üçün yarışmaqdadır. Böyük finala hansı arenanın ev sahibliyi edəcəyi ilə ilə bağlı rəsmi yekun qərarın isə mayın 19-da, UEFA İcraiyyə Komitəsinin iclasında veriləcəyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://qol.az
archiveBu xəbər 20 Mart 2025 07:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri