Putin qaydaları belə yazmaq istəyir, buna görə də...
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Ukrayna üçün ən etibarlı təhlükəsizlik zəmanəti NATO-ya üzvlükdür.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Rusiyadakı keçmiş səfiri, professor Maykl Makfol deyib.
“Düzünü desəm, Stiv Uitkoff və Cared Kuşnerin danışıqlar aparmaq bacarığı məndə müsbət təəssürat yaratmadı. Hesab etmirəm ki, onlar sülhə yaxınlaşmağa nail olublar. ABŞ-ın milli maraqlarının irəliləməsinə də töhfə verməyiblər. Ukraynanın maraqlarının qorunması üçün isə çox az iş görüblər. Buna görə də avropalıların danışıqlarda iştirakını yalnız alqışlayardım”, – deyə o bildirib.
Makfolun fikrincə, danışıqların mənfi tərəfləri daha çox olub. O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin getdikcə daha çox tələb irəli sürməyə başlayıb. Xüsusilə, Avropanın bütün təhlükəsizlik sisteminə yenidən baxılması zərurəti gündəmə gətirilir:
“Bu, sadəcə olaraq, qəbuledilməzdir. Çünki Avropanın təhlükəsizliyini təhdid edən, onun fundamental prinsiplərini pozan və hətta öz dövlətinin imzaladığı beynəlxalq müqavilələrə məhəl qoymayan məhz Putindir. İndi isə bütün qaydaları Rusiyanın maraqlarına uyğun şəkildə yenidən yazmaq istəyir. Buna görə də bu məsələnin danışıqlar masasına çıxarılmasını ciddi geriləmə hesab edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 15 Noyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















