Icma.az
close
up
RU
Bakı və Moskva arasında hərəkətlilik var “İstisna deyil ki, yaxın günlərdə...

Bakı və Moskva arasında hərəkətlilik var “İstisna deyil ki, yaxın günlərdə...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu həftənin sonunda Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi gözlənilir. Bu barədə “Trend” agentliyinə etibarlı mənbələrdən məlumat daxil olub. Komissiyaya Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev həmsədrlik edirlər. Overçuk görüşün baş tutacağını təsdiqləyib.

Məlumata görə, rəsmi Bakı iclasa ciddi hazırlaşır. Xüsusilə son vaxtlar Rusiya mediasında Azərbaycan əleyhinə yayımlanan materiallarla bağlı ətraflı hesabat hazırlanıb və bu sənədin qarşı tərəfə – Rusiya nümayəndə heyətinə təqdim olunacağı bildirilir. Bu məqam iclasın təkcə iqtisadi deyil, eyni zamanda siyasi xarakter daşıya biləcəyini göstərir.

Rusiya–Azərbaycan münasibətlərində dönüş yaşanır?

Globalinfo.az-a danışan Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki, Azərbaycan–Rusiya münasibətləri bu gün ciddi çağırış qarşısındadır:

“Bəlli məsələdir ki, bu çağırışlar nədən qaynaqlanır. Təyyarədən sonra başlanan proses davam edir. Baxmayaraq ki, Azərbaycan geridə qoyduğumuz 30 il ərzində Rusiyaya qarşı heç vaxt ayrı-ayrı geosiyasi oyunçuların, qlobal güclərin yanında yer alıb onların məkrli planlarının bir parçası olmayıb. Aydındır, hər bir ölkənin öz maraqları var və rəsmi Bakı xarici siyasətində öz milli maraqlarını prioritet tutaraq, eyni zamanda qonşu dövlətlərin maraqlarını da nəzərə almaqda əməli addımlar atıb. Biz bunu müxtəlif illərdə görə bilərik. Fakt ondan ibarətdir ki, əgər biz MDB məkanındakı digər ölkələrə nəzər salsaq, görərik ki, Azərbaycan öz qonşularına qarşı daim rasional siyasət aparıb və Cənubi Qafqazda sülhün güclənməsi, inkişafı üçün əlindən gələni edib. Azərbaycan bəzi qonşu ölkələrdən fərqli olaraq geosiyasi risklər və mübarizə meydanına bölgəni çevirməyib. Bəlli həqiqətdir ki, bəzi qlobal təşkilatların və fondların bölgəyə daxil olmasına Azərbaycan icazə verməyib. Lakin bütün bunların qarşılığında son aylarda ölkəmizə olan münasibət məqbul deyil.

Zaur Məmmədov

Həmçinin oxuyun:

Rusiyadan Azərbaycana qarşı yeni təxribat – Bakı fövqəladə qərar verə bilər

Təyyarəmizə hücum zamanı rəsmi Bakı açıq və qəti mövqe nümayiş etdirdi. Əgər ortada cinayət varsa, onu araşdırmaq və müvafiq addımlar atmaq lazımdır. Cinayətin gizlədilməsi və lazımi hüquqi reaksiyanın verilməməsi çox kəskin şəkildə qarşılandı. Bununla belə, Rusiya tərəfdən adekvat addımların atılacağına dair ümidlər var”.

Ekspert deyib ki, komissiyaya Şahin Mustafayevin rəhbərlik edəcəyi və nümayəndə heyətinin Həştərxana səfər edəcəyi barədə də məlumat var:

“Təbii ki, Rusiya böyük qonşudur və bu ölkə ilə münasibətlər Azərbaycan üçün daim prioritet olub. Dövlət nəyi necə etmək lazım olduğunu yaxşı bilir.

Rusiya media orqanları onlara verilən əmr əsasında Azərbaycanla bağlı açıqlamalar yaydılar. Reallıq budur ki, bu cür fikirlər bir təsir mexanizmi kimi istifadə olunur və gələcəkdə də ediləcək. Bizdə milli və etnik münasibətlər çox yaxşı şəkildə qurulub. Etnik kartdan istifadə edən qüvvələr öz məqsədinə çatmayacaq. İstisna deyil ki, Həştərxanda Azərbaycan tərəfi narazılığını və ümidlərini Rusiya tərəfinin diqqətinə çatdırsın”.

Politoloq qeyd edib ki, Cənubi Qafqazda yeni əməkdaşlıq mühiti qurulur:

“Qaranlıq qalan məqamlar isə aydınlaşacaq. Hər şey bəzilərinin şərh etdiyi kimi deyil. Vacib məsələlər həllini tapan kimi Cənubi Qafqazdakı yeni proseslərdə qarşılıqlı əməkdaşlığa şahidlik edəcəyik. Türkiyə–Azərbaycan–Rusiya, Azərbaycan–Türkiyə, Azərbaycan–ABŞ, Azərbaycan–İsrail əməkdaşlığı Cənubi Qafqazda Azərbaycanın maraqları ilə üst-üstə düşən məqamlar əsasında müsbət nəticələr verə bilər.

Sonda qeyd edim ki, ikitərəfli dialoq zamanı tərəflər arasındakı mübahisəli məqamlar həll edilə bilər. İstisna deyil ki, bu görüşdən sonra biz liderlər arasında yaxın vaxtlarda birbaşa təmasa da şahidlik edək”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Avqust 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri