Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bakı və Roma: siyasi dialoq ən yüksək səviyyədədir

Bakı və Roma: siyasi dialoq ən yüksək səviyyədədir

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan və İtaliya 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalayıb. İkitərəfli münasibətlərin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri isə Bakı–Roma əməkdaşlığının yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Prezident İlham Əliyevlə C.Meloni arasında keçirilən görüşlər göstərdi ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir. Xüsusilə diqqət çəkən məqam Meloninin Ermənistana səfərindən dərhal sonra Azərbaycana gəlməsi oldu. Bu addım Bakı ilə münasibətlərə verilən önəmin göstəricisi kimi qiymətləndirilir və bunu regionda balanslı yanaşma hesab etmək olar.Eyni zamanda, tərəflər siyasi əlaqələrin daha da gücləndirilməsi barədə razılığa gəldilər. Hazırkı dəyişkən geosiyasi şəraitdə Azərbaycan və İtaliya strateji tərəfdaş kimi bir-birini dəstəkləyir. C.Meloni də öz növbəsində vurğuladı ki, “ətrafımızda olan qeyri-sabitlik artır və aramızdakı aydın məsələlərin həlli daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Həmin aydın olan məsələlərdən biri təbii ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdir.”İkitərəfli münasibətlərin əsas istiqamətlərindən biri enerji sektorudur. Azərbaycan bu gün İtaliyanın həm qaz, həm də neft təchizatında əsas tərəfdaşlardan biridir. Xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.2025-ci ildə Azərbaycanın İtaliyaya ixrac etdiyi qazın həcmi rekord həddə çatıb. Bu əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır. C.Meloni də vurğuladı ki, Azərbaycan Avropa ilə Asiya arasında strateji enerji və nəqliyyat qovşağı rolunu gücləndirir.İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. 10 milyardı ötən ticarət dövriyyəsi iqtisadi əlaqələrin genişliyini göstərir. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yatırdığı sərmayələr və İtaliya şirkətlərinin Azərbaycanda fəal iştirakı əməkdaşlığı daha da gücləndirir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin həyata keçirdiyi layihələr münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini təsdiqləyir. Bu, həm də Azərbaycanın post-münaqişə dövründə bərpa prosesinə beynəlxalq dəstəyin göstəricisidir.Son dövrlərdə Bakı–Roma münasibətlərində yeni istiqamət kimi hərbi-texniki əməkdaşlıq da ön plana çıxır. Müdafiə sənayesi, aerokosmik texnologiyalar və infrastruktur təhlükəsizliyi sahələrində əməkdaşlıq perspektivləri genişdir. Azərbaycan Hərbi Hava Qüvvələri üçün İtaliyadan yük təyyarələrinin alınması bu əməkdaşlığın praktiki nəticələrindən biridir. Cənab Prezident də vurğuladı ki, “birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var”. Bu sahədə əməkdaşlıq iki ölkənin müdafiə qabiliyyətini artırmaqla yanaşı, həm də regional sabitliyə töhfə verir.Azərbaycan–İtaliya əlaqələrinin mühüm istiqamətlərindən biri də humanitar sahədir. Bakıda fəaliyyət göstərən İtaliya–Azərbaycan Universiteti bu əməkdaşlığın simvoluna çevrilib.İtaliya eyni zamanda Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində mühüm tərəfdaş kimi çıxış edir, enerji və nəqliyyat sahələrində əməkdaşlıq Bakı ilə Brüssel arasında əlaqələrin dərinləşməsinə şərait yaradır. C.Meloninin səfəri bu baxımdan da xüsusi əhəmiyyət kəsb edir.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 May 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri