Icma.az
close
up
RU
Bakı WUF13 ə necə hazırlaşır?

Bakı WUF13 ə necə hazırlaşır?

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir dövrdə şəhər nəqliyyatı: Reallıqlar və çağırışlar

Hazırda nəqliyyat vasitələrinin sayının sürətlə artması fonunda uzun tıxacların yaranması dünyanın bütün iri şəhərlərində müşahidə edilir. Dünya Bankının araşdırmalarına görə, iri şəhərlərdə yol tıxaclarının iqtisadiyyata vurduğu zərər ÜDM-in 2-4 faizinə qədər yüksəlir. Bu reallıq şəraitində vəziyyətdən çıxış yolunun tapılması, bütövlükdə meqapolislərdə nəqliyat məsələlərinin optimal həlli ən aktual qlobal çağırışlardan biri qismində çıxış edir.

Məsələ ilə bağlı paytaxtımızın mayın 17-22-də ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində də müzakirələrin aparılması nəzərdə tutulur. WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək. Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Beynəlxalq birliyin Azərbaycana artan inamı

Qlobal iqlim sammitindən - COP29-dan sonra Ümumdünya Şəhərsalma  Forumunun  (WUF13) paytaxtımızda keçirilməsinə qərar verilməsi beynəlxalq birliyin ölkəmizə olan böyük inamının daha bir ifadəsidir. Azərbaycan uğurla inkişaf edən dövlətdir. Ölkəmizin böyük potensialı var. Həmçinin cəmiyyətimiz tolerantdır, burada milli-dini-irqi ayrı-seçkiliyin hər hansı bir formasına rast gəlinmir. Prezident İlham Əliyev daim o mövqedən çıxış edir ki,  qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyi gücləndirmək lazımdır. Azərbaycanın timsalında bu, yalnız dünyaya bir mesaj deyil. Ölkəmiz xoş məramını ortaya qoymaqla və öz imkanlarını təqdim etməklə daim qlobal həmrəyliyin və əməkdaşlığın  möhkəmlənməsinə sanballı töhfələr verir. İndiyədək respublikamız ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərdə - “Eurovision - 2012” mahnı müsabiqəsində, Birinci Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında, humanitar forumlarda və digər tədbirlərdə yüksək məsuliyyət nümayiş etdirib. Bakıda 2024-cü ilin noyabr ayında baş tutan COP29 bir sıra mühüm nəticələrlə yadda qaldı. Bütün bunların nəticəsi olaraq beynəlxalq ictimaiyyətdə Azərbaycana və onun Liderinə böyük rəğbət formalaşıb. Ölkəmiz dünyada dialoq məkanı kimi qəbul olunur.

WUF13 tədbirində isə dünyanın şəhərsalma problemləri Bakıda müzakirə olunacaq. Beynəlxalq səviyyədə bu tədbirə böyük maraq var. Tədbirdə iştirak üçün artıq 169 ölkədən təxminən 15 minə yaxın iştirakçı qeydiyyatdan keçib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib ki, iştirakçıların təxminən 30 faizi yerli və regional idarəetmə orqanlarını təmsil edir.

Dünya üçün nümunəvi şəhərsalma təcrübəsi

Bakıda təşkil ediləcək Ümumdünya Şəhərsalma Forumu Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda ilk dəfə keçiriləcək. Bu, regionun artan əhəmiyyətini və qlobal şəhərsalma gündəliyinin formalaşmasında rolunu əks etdirir. Forumun əsas məqsədi milli təcrübələrin nümayiş etdirilməsi, bilik mübadiləsinin aparılması və mənzil problemlərinin həllində inklüziv şəhər inkişafını təşviq edən qabaqcıl beynəlxalq təcrübələri öyrənməkdir.

Bu tədbir Azərbaycana öz şəhərsalma təcrübəsini, mənzil təşəbbüslərini təqdim etmək və beynəlxalq əməkdaşlığı daha da gücləndirmək imkanı verəcək. Hazırda dünyada mənzil problemi ilə bağlı mənzərə heç də ürəkaçan deyil. Belə ki,  1,1 milyard insan gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, 300 milyon insan evsizdir. Vəziyyət mühüm çağırışlar yaradır. Bu o deməkdir ki, dünya böyük investisiyalara və düzgün siyasi qərarlara ikiqat səylə yanaşmalıdır. Bu problem siyasət, investisiya, layihələndirmə və şəhər planlaşdırması sahələrində birgə qərarlar tələb edir. Böhran insan tərəfindən yaradılıb və buna görə də onun həlli də insan tərəfindən tapılmalıdır. Anar Quliyevin məlumatına görə, əhalinin mənzil ehtiyaclarına cavab vermək məqsədilə Azərbaycan 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyi təsis edib. Dövlətin mənzil siyasətinin əsas istiqamətlərindən biri isə azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda ərazilərin bərpası və əhalinin köçürülməsidir.

Azərbaycanda şəhərsalma islahatları, xüsusilə də işğaldan zərər çəkmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası sahəsində qazandığı təcrübə beynəlxalq birlik üçün yaxşı nümunədir. 2024-cü ilin əvvəlində təqdim olunan Bakı şəhərinin Baş Planı ölkəmizin müasir şəhərsalma çağırışlarına yanaşmasını aydın şəkildə nümayiş etdirir. Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş Planında bir sıra mühüm prinsiplər əsas götürülüb. Baş Plan yaxın illər ərzində Bakı şəhərinin strateji inkişaf istiqamətlərini müəyyən edən əsas ərazi-planlaşdırma sənədidir. Təqdimatda bildirildiyi kimi, Baş Plana uyğun olaraq vahid mərkəzli aqlomerasiya olan Bakı növbəti inkişaf mərhələsində rahat, ekoloji cəhətdən təmiz, mobil, insanyönümlü və inklüziv çoxmərkəzli şəhərə çevriləcək. Baş Plan həmçinin ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur, kommunal sistemlər, eyni zamanda ərazilərin abadlaşdırılması tədbirləri, habelə postsənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Bütövlükdə 4 vacib hədəfə əsaslanan Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində şəhərin əsas inkişaf perspektivlərini müəyyənləşdirir.

Bu gün həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı bərpa modelini fəxrlə təqdim etmək mümkündür. Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir. Bu planlar sadəcə texniki sənədlər deyil - həyatların yenidən qurulması üçün yol xəritəsidir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Bütövlükdə, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. “Böyük Qayıdış”a dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə - dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə - 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanıb və quruculuq işlərinə başlanıb.

Ölkəmizdə nəqliyyat məsələlərinə həssas yanaşma

Müasir dövlət kimi inkişaf edən Azərbaycan aktuallığı getdikcə artan nəqliyyat məsələlərinə həssas yanaşma sərgiləyir. Təkcə son vaxtlarda paytaxt Bakıda nəqliyyat sıxlığının azaldılmasını hədəfləyən çoxsaylı infrastruktur layihələri reallaşdırılıb və proses hazırda da davam etdirlir.

Eyni zamanda, əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyətini və səmərəliliyini artırmaq məqsədilə islahatlar aparılır. İslahatların davamı olaraq Prezident İlham Əliyev 2025-ci il 19 sentyabr tarixində “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb. Sənədə əsasən bu sahədə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla ictimai nəqliyyat daşıyıcılarının fəaliyyətinin səmərəli təşkili məqsədilə dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun yaradılması qərara alınıb.

Fərmanla Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilən nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını gerçəkləşdirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara sıxılmış təbii qaz və elektrikli avtobuslara görə subsidiya ödənilməsi nəzərdə tutulur. Sözügedən fərmana əsasən yaxın perspektivdə ölkənin nəqliyyat sahəsində yeni qaydalar tətbiq edilməklə məsafə əsaslı avtomobil nəqliyyatı xidməti işə düşəcək, Bakıda isə ödənişli hərəkət zonaları yaradılacaq. Bu dəyişikliklər həm yol hərəkətinin idarə olunmasına, həm də paytaxtda sıxlığın azaldılmasına xidmət edəcək. Paytaxtımızda elektriklə işləyən ictimai nəqliyyat parkının genişləndirilməsi həmçinin zərərli qaz emissiyalarının azalmasına və şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərəcək. Bunun üçün bir sıra təşviq tədbirləri də nəzərdə tutulur.

Nəqliyyat vasitələrinin monitorinqi hansı əraziləri əhatə edəcək?

Verilən məlumata görə,  WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək monitorinq çərçivəsində aprelin 11-dən 12-nə keçən gecə Bakı şəhərinin bir sıra küçə və prospektlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur.

Monitorinq Bakı Kristal Zalı, “Fairmont Baku Flame Towers”, “Four Seasons Hotel Baku”, “JW Marriott Absheron Baku”, “The Ritz-Carlton”, Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Məhdudiyyətlərin tətbiq olunacağı dəqiq ərazilər və digər məlumatlar növbəti mərhələdə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son 10 il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Aprel 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see465

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see386

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see377

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see329

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see284

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see248

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see239

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see205

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see192

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see190

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see184

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see184

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see178

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see175

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see172

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see172

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see171

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see164

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see151

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri