Icma.az
close
up
RU
Bakı yollarında qorxulu “rəqib” Bu maşınlar partlaya bilər

Bakı yollarında qorxulu “rəqib” Bu maşınlar partlaya bilər

Icma.az, News24 portalına istinadən məlumat verir.

Taksi kimi fəaliyyət göstərən avtomobillərin adı tez-tez qəza hadisələrində hallanır. Bir müddət əvvəl “Toyota Prius” markalı maşınların yollarda yaratdığı təhlükə müzakirə obyektinə çevrilmişdi. Lakin ötən il köhnə avtomobillərin dövriyyədən çıxarılması ilə “Toyota Prius”ların da sayında azalma müşahidə edildi. Son günlər isə sosial şəbəkələrdə sözügedən avtomobilə yeni “rəqibin” gəldiyi haqda fikirlər səsləndirilir. Söhbət qorxulu vəziyyətin yaranmasına səbəb olan “Chevrolet Cobalt” markalı avtomobillərdən gedir. Bildirilir ki, bu maşınların 90 faizi qazla işləyir və həm sürücü, həm də sərnişinlərin həyatı üçün təhlükəlidir.

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib ki, “Toyota Prius” markalı maşınlarda ciddi problem yox idi:

“Sadəcə digər avtomobillərlə müqayisədə əyləc sistemi ilə bağlı narahatlıqlar var. Bu avtomobili ölkəyə kütləvi şəkildə gətirdilər, taksi fəaliyyəti üçün istifadə etməyə başladılar. Təcrübəsi olmayan, bu sahədə çalışmayan sürücülərə verildi. Buna görə də təhlükələrin səbəbkarı “Prius” oldu, qəzalara meyilli avtomobil kimi qiymətləndirildi. Halbuki “Toyota” Yaponiyanın ən məşhur brendidir. İndi də paytaxt küçələrində “Chevrolet Cobalt”lar çoxalıb. Onlar da normal avtomobildir, amma əsas problem qazla əlaqəlidir”.

Yasin Mustafayev

Ekspert bildirib ki, qazla işləyən istənilən nəqliyyat vasitəsi təhlükəli şərait yaradır:

“Qəza olan zaman böyük partlayışlar mümkündür. Eyni zamanda qaz balonunda sızma olanda belə hallar baş verir, insanlar xəsarət alır və ya ölür. Bir sözlə, taksi fəaliyyəti üçün ciddi təhlükə vəd edir. Bu avtomobillərdən istifadə mümkün qədər az olsa, yaxşıdır. Eyni zamanda bütün dünya elektromobillərə üstünlük verir. Bu fonda bizim yenidən qaz və ya benzinlə, dizellə çalışan maşınlara keçid etməyimiz doğru deyil. Elektromobillər daha sərfəli və məqsədəuyğundur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 Mart 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri