Icma.az
close
up
RU
Bakı Zirvəsi kontekstində Azərbaycanın AQEM sədrliyi

Bakı Zirvəsi kontekstində Azərbaycanın AQEM sədrliyi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Zirvəsi kontekstində Azərbaycanın AQEM sədrliyi

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşü keçirilib. Tədbiri açıq elan edən Prezident İlham Əliyev dövlət və hökumət başçılarını qarşılayıb və gündəliyin icrasına başlayıb. Diplomatik protokol baxımından sədrlik edən dövlətin ev sahibliyi ilə keçirilən zirvə, eyni zamanda həmin dövlətin ikiillik mandatının yekun balansını təqdim etdiyi, gələcək gündəliyini isə formalaşdırdığı siyasi məkan funksiyasını daşıyır. Bu mənada Bakı Zirvəsi üç paralel prosesin kəsişmə nöqtəsi kimi oxunmalıdır: AQEM-in institusional transformasiyası, Azərbaycanın beynəlxalq hüquq ətrafındaki narrativinin yenidən istehsalı və regionda təhlükəsizlik arxitekturasının yenidən qurulması iddiası.

Zirvənin ən konkret nəticəsi gündəliyin üçüncü bəndi ilə bağlıdır. Azərbaycan Prezidenti Laos Xalq Demokratik Respublikasının AQEM-ə üzv dövlət qismində qoşulması barədə qərarı təklif edib və qərar etiraz olmadan qəbul edilib. 

Politoloji təhlil baxımından bu hadisənin əhəmiyyəti üzvlüyün coğrafi genişlənməsindən daha çox iki amillə bağlıdır. Birincisi, Cənub-Şərqi Asiya dövlətinin qoşulması Müşavirənin Cənubi və Mərkəzi Asiya çərçivəsindən çıxaraq daha geniş panasiya məkanına doğru genişlənmə trayektoriyasını təsdiqləyir — bu, təşkilatın yaradılması zamanı elan edilmiş "Asiyada vahid, bölünməz təhlükəsizlik məkanı" ideyasının institusional təcəssümüdür. İkincisi, Azərbaycan rəhbərliyinin xüsusi vurğuladığı kimi, bunun məhz Bakı Zirvəsi çərçivəsində baş verməsi sədrlik dövrünün "nəticə istehsal etmə qabiliyyəti"nin göstəricisi kimi təqdim olunur. Prezident bu məqamı birbaşa siyasiləşdirir: "Bunun məhz Azərbaycanın AQEM-ə sədrliyi dövründə Bakı Zirvə Görüşü çərçivəsində baş verməsini yüksək qiymətləndiririk."

Eyni zamanda, qərarda yekdilliyin təmin olunması kiçik və orta dövlətlərin çoxtərəfli platformalarda bloklaşmadan çıxış axtardığı, böyük güclərin isə formalaşma mərhələsində olan təşkilatları öz nüfuz dairələrinə çevirməkdə maraqlı olmadığı bir kontekstdə baş verir. AQEM-in "etimad tədbirləri" məntiqi məhz bu boşluğu doldurmaq üçün nəzərdə tutulub: hərbi-siyasi, yeni çağırışlar və təhdidlər, iqtisadi, ekoloji və humanitar ölçüləri əhatə edən beş istiqamətli gündəlik, ayrı-ayrı dövlətlərin təhlükəsizlik konsepsiyalarını ümumi çərçivəyə gətirməyə çalışır.

***

Azərbaycanın ikiillik sədrliyinin yekunu rəsmi olaraq aşağıdakı kimi təqdim edilir: "Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir." Diqqət yetirilməli məqam ondadır ki, sadalanan prioritetlər təhlükəsizliyin "sərt" (hərbi-siyasi) ölçüsündən çox "yumşaq" — funksional və iqtisadi — ölçüsünə köklənib. Bu amillər Azərbaycan diplomatiyasının ümumi xarakterinə uyğundur: əməkdaşlığın məzmununu bölüşdürülə bilən maraqlar üzərində qurmaqla, siyasi fərqləri arxa plana keçirmək strategiyası. Nəticə isə institusional səviyyədə belə ifadə olunur: "hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir."

Bununla belə, real siyasi göstərici mandatın uzadılmasıdır. Prezident İlham Əliyev bunu açıq şəkildə elan edir: "Fürsətdən istifadə edərək, Azərbaycanın AQEM-də sədrliyinin daha iki il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə bütün üzv dövlətlərə təşəkkürümü bildirirəm." Sədrliyin ardıcıl dördüncü ilə uzadılması üzv dövlətlərin Bakının vasitəçilik və gündəlik formalaşdırma qabiliyyətini tanımasının siyasi təsdiqidir. Eyni zamanda, bu, gələcək transformasiya müzakirələrində — AQEM-in tamhüquqlu beynəlxalq təşkilata, o cümlədən Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı modelinə çevrilməsi ilə bağlı davam edən debatda — Azərbaycanın prosedur üstünlüyünü saxlaması deməkdir. 

***

Prezidentin çıxışının ən geniş hissəsi Dağlıq Qarabağ münaqişəsinin tarixinə həsr olunub və bu, təsadüfi deyil. Çıxışın kompozisiyası elə qurulub ki, konkret regional münaqişə təhlili qlobal nizamın ümumi böhranı tezisinə çevrilsin. Xarici siyasət doktrinası belə formalaşdırılır: "Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir."

Bütün bu  prinsiplər blok məntiqindən uzaq, Vestfal suverenliyinə əsaslanan mövqe kimi təqdim olunur və AQEM kimi heterogen üzvlük tərkibinə malik platformada bu, konsensus yaradan ən geniş ortaq məxrəcdir. Çıxışın əsas analitik nüvəsini isə beynəlxalq hüququn icra mexanizmlərinin iflası tezisi təşkil edir. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, "lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır". 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti isə "imitasiya xarakteri daşıyırdı" kimi qiymətləndirilir.

Buradan çıxarılan nəticə hüquqi deyil, struktur-siyasidir: "BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq."

Müşavirənin üzvləri sırasında BMT Nizamnaməsinin müddəalarına sadiqliyini təsdiqləyən, eyni zamanda güc balansına əsaslanan nizamla hüquq əsaslı nizam arasındaki ziddiyyəti məhz öz regionlarında yaşayan dövlətlər var. Azərbaycan bu ziddiyyəti özünün təcrübəsi ilə eyniləşdirərək, "ikili standartlar" mövzusunu universal bir şikayət dilinə çevirir: "Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir."

Bu narrativin hədəfi də açıq şəkildə göstərilir: "Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi." Diqqətəlayiqdir ki, Avrasiya platformasında səslənən bu ittiham Qərb institutlarına ünvanlanır — bu, Bakının siyasi coğrafiyasında çoxtərəfli diplomatiyanın çəkisinin Şərqə doğru yenidən balanslaşdırılmasının ritorik əksidir.

***

Çıxışın diqqəti çəkən tərəfi ondan ibarətdir ki, hərbi qələbə faktları ilə yanaşı, dövlətin öz davranışını mənəvi kateqoriyalarla əsaslandırmasına xüsusi yer verilir. 2020-ci ilin 44 günlük müharibəsi nəticəsində "300-dən çox şəhər və kənd" azad edilib, noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzalayıb; 2023-cü ilin sentyabrında isə "bir sutkadan da az müddətdə" Qarabağdaki işğalçı ordu darmadağın edilib və ölkənin suverenliyi tam bərpa olunub. Lakin əsas siyasi mesaj bunun ardınca gəlir: "Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik."

Daxili auditoriya üçün o, qələbənin "sivil" xarakterini legitimləşdirir; xarici auditoriya üçün isə Bakının revanşizm ittihamlarına qarşı müdafiə xəttini qurur. Eyni zamanda, sülhün davamlılığı məsələsində ehtiyatlı not səslənir: "Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır." Bu cümlə eyni zamanda gələcək siyasi danışıqlar üçün mandat elanı kimi oxuna bilər — kövrək sülhün möhkəmləndirilməsi zərurəti beynəlxalq tərəfdaşlara ünvanlanan dolayı çağırışdır.

Maraqlı bir detaldır ki, tarixi məsuliyyət fərdiləşdirilmiş şəkildə qoyulur: Ermənistanın "hər üç keçmiş prezidenti" və onların tərəfdarları "hələ də layiq olduqları cəzanı almayıblar", 2018-ci ildən sonrakı rəhbərlik isə "sələflərinin cinayətkar siyasətini davam etdirmişdir". 2019-cu ildə Xankəndidə səslənən "Qarabağ Ermənistandır və nöqtə" ifadəsi və o dövrdə müdafiə nazirinin "yeni ərazilər uğrunda yeni müharibə" təhdidi bu fərdiləşdirmənin əsas dəlilləri kimi təqdim olunur. Hüquqi baxımdan bu, post-münaqişə münasibətlərinin "şəxsi məsuliyyət" kateqoriyası üzərində qurulması deməkdir — sülh müqaviləsi danışıqlarında bu, mühüm struktur maneə yarada biləcək bir yanaşmadır.

***

Çıxışın strateji çərçivəsi coğrafi mövqe arqumenti ilə tamamlanır: "Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır."

Azərbaycan özünü böyük güclərin rəqabət məkanı kimi deyil, onların əməkdaşlığının mümkün olduğu qovşaq kimi təqdim edir. Prezidentin sözlərinə görə, "ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlıq öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir" — yəni iqtisadi əlaqələr təhlükəsizliyin aləti kimi konseptuallaşdırılır. 

Azərbaycanın AQEM sədrliyi təkcə regional təşkilatın gücləndirilməsi deyil, həm də Qərb institutları ilə münasibətlərdə yaranmış asimmetriyaya qarşı alternativ diplomatik məkanın qurulması prosesidir. Bu məkanın effektivliyi isə iki dəyişəndən asılı olacaq: AQEM-in "etimad tədbirləri" formatından real təhlükəsizlik zəmanətləri istehsal edən mexanizmə çevrilə bilməsindən və Bakının ikili standartlar narrativini konkret institusional təkliflərə çevirə bilməsindən. Zirvədə elan olunan mandatın uzadılması birinci şərt üçün vaxt, ikinci şərt üçün isə məsuliyyət yaradır.

Şəbnəm Zeynalova

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

"XQ"nin siyasi analitiki

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Oktyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri