Icma.az
close
up
RU
BakıAğstafaBakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

BakıAğstafaBakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Icma.az, Unikal-ə istinadən bildirir BakıAğstafaBakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) günlərində artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 17-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə "Unikal"a ADY-dən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə sərnişinlər ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərlər.

Səhmdar Cəmiyyət şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə edir ki, COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər. Sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar. Sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://unikal.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri