Icma.az
close
up
RU
Bakıda 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ

Bakıda 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə məhkəmədə şahid ifadə verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahid Elşad Məmmədli ASC-də elektrik kimi çalışdığını bildirib: "Partlayışdan öncə müəssisədə yerləşən balaca sexlərdən birində yanğın olmuşdu. Həmin sex tamamilə yanmışdı. Mən məsul şəxs kimi verilmiş müvafiq protokola imza atmışam. Bundan sonra öyrənmişəm ki, məni yanğın üzrə məsul şəxs kimi də təyin ediblər. Hətta buna görə cərimə də olunmuşdum".

Şahid əlavə edib ki, təqsirləndirilən Toğrul Rzayev başqa tanışı ilə birgə onu otağa salaraq yanğın təhlükəsizliyi ilə bağlı protokola imza atmağa məcbur edib.

Daha sonra hakim bildirib ki, növbəti prosesdə cinayət işi üzrə sənədlər tədqiq ediləcək və məhkəmə istintaqı yekunlaşdırılacaq.

Proses oktyabrın 20-də davam edəcək.

Qeyd edək ki, hadisə 2024-cü il yanvarın 15-də Bakının Binəqədi rayonunda baş verib.

İstintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.

İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.

Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Oktyabr 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri