Icma.az
close
up
RU
Bakıda 10 nəfərin öldüyü və 23 nün yaralandığı hadisə: Onları geri qaytarmaq mümkün deyil

Bakıda 10 nəfərin öldüyü və 23 nün yaralandığı hadisə: Onları geri qaytarmaq mümkün deyil

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkənlər ifadə verib.

Zərərçəkən Elxan Əhmədov deyib ki, hadisə vaxtı icarədar Səyyad Ələsgərovun sexində işləyib və hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alıb:

"Mənə 2 min 400 manat müavinət verilib, lakin bu vəsait müalicəmə kifayət etməyib. Mən barışıq ərizəsini verəndə deyildi ki, əlavə yardım olacaq. Amma heç bir yardım edilmədi. Əgər, yardım edilməsə, barışıq ərizəsini geri götürəcəm. Hadisə zamanı əlim, ayığım və bədənimin müxtəlif yerləri yanıb".

Zərərçəkən Anar Nuriyevin sözlərinə görə, hadisə nəticəsində ona 31 min manat dəyərində ziyan dəyib:

“Mənə köməklik göstərilməsini xahiş edirəm. Hadisə nəticəsində avadanlığa ziyan dəyib, buna görə mənzilimi satdım və borca düşdüm. Ən azı ziyanın 80 faizinin ödənilməsini istəyirəm.”

Zərərçəkən Tofiq Qurbanov bildirib ki, hadisə nəticəsində sexdə olan avadanlıqları yararsız hala düşüb:

"Mən 120 min manat dəyərində ziyana düşmüşəm. Hadisədən sonra işlərim çətinləşdi. Məcbur qalıb yanan avadanlıqları satdım. Mənə dəyən ziyanın ödənilməsini tələb edirəm.”

Təqsirləndirilən Tağı İbrahimov zərərçəkənin qaldırdığı mülki iddia ilə razılaşmayıb.

O, bildirib ki, zərərçəkən məbləği şişirdib:

“Bu qədər ziyan dəyməsini əks etdirən sübut var? 120 min manat böyük məbləğdir. Zərərçəkən iddia edir ki, yararsız avadanlıqları satıb. Bunu necə sübut edə bilər?"

Hakim Elmin Rüstəmov əlavə edib ki, zərərçəkənləri razı salaraq barışıq əldə etmək lazımdır:

“Siz özünüzü onların yerinə qoyun. Burada ailə üzvünü, sağlamlığını itirən insanlar var. Onları geri qaytarmaq mümkün deyil. Proses bir ildir davam edir, hələ də narazı qalan insanlar var”.

Məhkəmənin növbəti iclası iyunun 18-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarın 15-də Bakının Binəqədi rayonunda baş verib.

İstintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.

İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.

Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 May 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri