Icma.az
close
up
RU
Bakıda 100 illik binalar olacaq

Bakıda 100 illik binalar olacaq

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda yeni inşa ediləcək çoxmərtəbəli binaların istismar müddəti azı 100 il olacaq.

Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi "Yüksək binalar və komplekslər. Layihələndirmə normaları"nda əksini tapıb. Yeni qaydalara əsasən, hündürlüyündən asılı olaraq yüksək binalar üçün etibarlılıq əmsalı müəyyənləşdirilib, layihələrə texniki pasportların daxil edilməsi, yanğından mühafizə sistemlərinin quraşdırılması, abadlıq və yol infrastrukturunun təmin olunması məcburi şərt kimi qoyulub. 

“Cümhuriyət”-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, yeni qaydalar yalnız binanın uzunömürlülüyünü deyil, həm də orada yaşayanların təhlükəsizliyini təmin edən bütün normativ tələbləri əhatə edəcək. Ekspert qeyd edib ki, paytaxtda yaşı 100 ili ötmüş yüzlərlə bina hələ də istifadədədir və qorunub saxlanılır:

“Çoxmənzilli yaşayış binalarına nəzər salsaq, köhnə binaların istismar müddəti ortalama 50–70 il nəzərdə tutulurdu. Lakin hazırda paytaxt Bakı şəhərində yaşı 100 ili ötmüş yüzlərlə çoxmənzilli yaşayış binaları var. Həmin binalar bu gün də qorunub saxlanılır və istifadə olunur. Köhnə tikililərlə müqayisədə yeni çoxmənzilli binalar armatur-beton karkas sistemi ilə inşa olunduğundan onların dözümlülüyü və uzunömürlülüyü daha yüksəkdir. Bu səbəbdən, yeni tikililərin istismar müddəti artıq yeni normativlərə əsasən ortalama 100 ildən çox hesablanır. Həmin binaların 100 ilin üzərində hesablanması ilə bərabər digər tikintilərlə bağlı qaydalarda da dəyişikliklər olacaq. Bu dəyişikliklə həm də həmin binalarda yaşayan insanların təhlükəsizliyi ilə bağlı bütün normativ tələblərə riayət olunacaq”. 

Elnur Fərzəliyevin sözlərinə görə, istənilən yeni tikilən bina beton karkas sistemi ilə inşa olunubsa, köhnə Sovet dönəmi binalarından daha uzunömürlüdür:

“Yəni onlar Sovet dövrü “xruşsovka” və digər layihəli köhnə binalardan daha uzunömürlü və etibarlıdır. Sovet dövrü binalarının istismar müddəti 50–70 il olaraq nəzərdə tutulurdusa, yeni tikililərin istismar müddəti demək olar ki, 100 ildən çox ola bilər. Təbii ki, binanın dayanıqlığına təsir edən əsas amillərdən biri də tikildiyi ərazinin relyefidir. Əgər həmin ərazidə zəlzələ və digər təbii fəlakətlər baş verməzsə, bu tip binaların dayanıqlığı 100 ili rahatlıqla ötə bilər”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see353

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see330

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see306

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see300

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see296

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see282

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see282

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see277

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see275

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see255

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see229

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see227

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see223

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see222

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see221

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see216

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see206

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see205

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri