Bakıda 4 cü “Avropa Təamları” Kulinariya Festivalını keçiriləcək
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi quruma üzv dövlətlərin səfirlikləri ilə birgə oktyabrın 3-də ənənəvi “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışını keçirəcək.
525.az-a Aİ Nümayəndəliyindən verilən məlumata görə, festival Azərbaycan ictimaiyyətinə kulinariya ustad dərsləri, viktorinalar, musiqi və digər fəaliyyətlər vasitəsilə Avropa mətbəxi, mədəniyyəti və ənənələri ilə tanış olmaq və onları kəşf etmək imkanı yaradacaq.
Avropa mətbəxinə maraq göstərən, kulinariya ustad dərslərində və viktorinalarda iştirak etmək istəyən hər kəs 3 oktyabr tarixində saat 12:00-dan 18:00-dək, Su İdmanı Sarayının arxasında yerləşən Avropa Oyunları Parkında keçiriləcək “Taste of Europe” Kulinariya Festivalına dəvətlidir.
Avstriya, Belçika, Xorvatiya, Fransa, Almaniya, Polşa, Portuqaliya, Slovakiya və İspaniyanın səfirlikləri öz ölkələrinin milli mətbəx nümunələrini festival iştirakçılarına təqdim edəcəklər.
Aİ Nümayəndəliyinin stendində tanınmış qida bloqerləri Elmira Qədirova və Nəzakət Cəfərovanın (Nazlinin_mətbəxi) iştirakı ilə kulinariya ustad dərsləri keçiriləcək. Yerli fermerlər də festivalda iştirak edərək Aİ tərəfindən maliyyələşdirilən layihələrin dəstəyi ilə istehsal olunan üzvi qida məhsullarını nümayiş etdirəcək və satışa çıxaracaqlar.
Aİ-nin Azərbaycan Respublikasındakı səfiri Mariana Kuyundjiç bildirib: “Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışına ev sahibliyi etməkdən böyük məmnunluq duyuruq. Azərbaycanlı dostlarımızı Avropanın ləzzətlərini və mədəniyyətini birlikdə qeyd etməyə dəvət edirik!
Bu tədbir Avropa ölkələrinin milli mətbəxləri, mədəniyyətləri və ənənələri ilə tanış olmaq, yeni dadları kəşf etmək və ailə və dostlarla unudulmaz gün keçirmək üçün gözəl fürsətdir. Xüsusilə qeyd etməkdən qürur duyuram ki, bu tədbir Aİ ilə Azərbaycan arasında bu il qeyd etdiyimiz 30 illik tərəfdaşlıq yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilir.”
Tədbir zamanı viktorinaların qalibləri “Taste of Europe” kitabı da daxil olmaqla müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.
Aİ Nümayəndəliyi tərəfindən nəşr olunan kitabda Aİ-yə üzv 27 dövlətin ənənəvi reseptləri Azərbaycan dilinə tərcümə olunaraq təqdim edilir. Kitabın elektron versiyası da Aİ Nümayəndəliyinin internet səhifəsində mövcuddur.
Festival çərçivəsində tədbirdən əvvəl “Azeri Home Chef” Facebook səhifəsi tərəfindən təşkil olunan Avropa yeməkləri üzrə kulinariya müsabiqəsinin və rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimləri də keçiriləcək. Festival Azərbaycan və Avropa dillərində çıxış edən yerli musiqiçilərin iştirakı ilə konsert proqramı ilə müşayiət olunacaq.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 01 Oktyabr 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















