Icma.az
close
up
RU
Bakıda 4 “Toyota” toqquşdu Xəsarət alan var

Bakıda 4 “Toyota” toqquşdu Xəsarət alan var

Bakının Sabunçu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində dörd “Toyota” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində sürücülərdən biri xəsarət alıb. O təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

İki avtomobil yararsız vəziyyətə düşüb, yol kənarındakı məlumatverici lövhə sıradan çıxıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

seeBaxış sayı:32
embedMənbə:https://avtosfer.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri