Bakıda 5 ci Uşaq Kitab Festivalı keçiriləcək
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
13–17 may Bakıda tarixlərində ölkənin və regionun bu formatda yeganə layihəsi olan 5-ci Uşaq Kitab Festivalı keçiriləcək. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ANAİB-in təşkilatçılığı, Simurq Liseyi-nin baş sponsorluğu, Berg, EduDistance, DİVkids və AzərSüd şirkətlərinin sponsorluğu ilə baş tutacaq.
Festivalın açılışı 13 may tarixində saat 10:00-da Bakı İdman Sarayında keçiriləcək. Festivalın əsas məqsədi uşaqlarda mütaliəyə marağın artırılması, milli-mənəvi dəyərlərin təbliği və onların müxtəlif dünya mədəniyyətləri ilə tanış edilməsidir.
Festival çərçivəsində “Milli Geyimlər Günü”, “Peşələr Günü”, “Beynəlxalq Gün” və “Nağıl Qəhrəmanı Günü” adlı xüsusi tematik günlər təşkil olunacaq.
Festival proqramı çərçivəsində tanınmış uşaq yazıçıları ilə görüş və imza mərasimləri, yeni nəşrlərin təqdimatları, mədəniyyət və incəsənət nümayəndələri ilə görüşlər təşkil ediləcək. Bununla yanaşı, uşaqların ifasında mahnı və rəqs nömrələri, səhnəciklər, nağıl saatları və müxtəlif əyləncəli şou proqramlar nümayiş olunacaq.
Layihə çərçivəsində 70 min ədəd xüsusi hazırlanmış kitab daxılı çap edilərək uşaqlara hədiyyə olunub. Bu təşəbbüs ölkədə uşaq ədəbiyyatına marağın artırılmasına və uşaq nəşriyyatlarının inkişafına mühüm töhfə verib.
5-ci Uşaq Kitab Festivalı uşaqları, valideynləri, müəllimləri və nəşriyyatları bir araya gətirərək kitab, yaradıcılıq və mədəniyyət bayramına çevriləcək.
Mətləb Salahov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:353
Bu xəbər 08 May 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















