Icma.az
close
up
RU
Bakıda “Oxu Günü 11 Kitab Festivalı” keçiriləcək

Bakıda “Oxu Günü 11 Kitab Festivalı” keçiriləcək

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

25–26 aprel tarixlərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev Parkında “Oxu Günü–11 Kitab Festivalı” keçiriləcək.

Layihə “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və Hədəf Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə baş tutacaq. Qeyd edək ki, layihənin ideya müəllifi Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

“Oxu Günü” layihəsi 2015-ci ildə “Hədəf Nəşrləri” MMC tərəfindən təsis edilib və bu gün ölkənin ənənəvi kitab bayramlarından birinə çevrilib. Layihənin əsas məqsədi Azərbaycanda kitab mədəniyyətinin inkişafına töhfə vermək, gənclərin mütaliəyə marağını artırmaq, oxucu ilə müəllif arasında canlı ünsiyyət mühiti yaratmaq və kitabın cəmiyyət həyatındakı rolunu gücləndirməkdir.

Bu il keçiriləcək festivalda 30-dan çox nəşriyyat və kitab mağazasının iştirakı nəzərdə tutulur. Tədbir çərçivəsində tanınmış yazıçılar, şairlər, ziyalılar, incəsənət və ictimaiyyət nümayəndələri ilə görüşlər, imza saatları və müxtəlif ədəbi-mədəni proqramlar təşkil olunacaq. Ziyarətçilər üçün kitabların endirimli satışı da planlaşdırılır.

Qeyd edək ki, hər il 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ölkənin müxtəlif bölgələrində “Oxu Günü” tədbirləri keçirilir. “Oxu Günü–11 Kitab Festivalı” da bu ənənənin davamı olaraq xüsusi əhəmiyyət daşıyır. Festival bütün kitabsevərləri, şagird və tələbələri, eləcə də geniş ictimaiyyəti açıq platformada bir araya gətirməyi hədəfləyir.

Festival 25 aprel 2026-cı il tarixində saat 10:30-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Aprel 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri