Bakıda 7 ay sonra daha bir böyük tədbir olacaq
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Azərbaycan 2025-ci ilin iyun ayında “Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı Beynəlxalq Konfransa ev sahibliyi edəcək.
Bunu Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində “İqlim və biomüxtəliflik arasında əlaqə: dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” adlı tədbirdəki çıxışı zamanı bildirib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Tədbir meşəçilik və biomüxtəliflik sahəsində qlobal çağırışları müzakirə etmək üçün elm adamlarını, ekoloqları, siyasətçiləri, beynəlxalq təşkilatları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək.

