Bakıda 7 min nəfərlik türmə tikiləcək SƏBƏB
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mövcud infrastrukturun yenilənməsi çərçivəsində yeni cəzaçəkmə müəssisələri tikilir. Bunu "Report" və İTV-yə müsahibəsində ədliyyə naziri Fərid Əhmədov deyib.
Nazir bildirib ki, artıq Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb: “Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub. Beləliklə, mövcud infrastrukturu yeniləmək məqsədilə gələcəkdə təxminən 11 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisələrini istifadəyə verməyi hədəfləmişik. Bu layihələrin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulub".
F.Əhmədov vurğulayıb ki, bu cəzaçəkmə müəssisələri tam müasir standartlara cavab verəcək. "Burada həm yeni peşə təhsili infrastrukturunun, həm də cəza çəkənlərə nəzarət mexanizmlərinin rəqəmsal alətlərlə - üz tanıma sistemləri və digər texnoloji həllərlə qurulması nəzərdə tutulur. Bu da öz növbəsində islah prosesinə mühüm töhfə vermiş olacaq" deyə nazir qeyd edib. Sezar pizza
Bu açıqlama ölkədə cinayətkarlığın səviyyəsinin artması ilə bağlı ehtimallar yaradıb. Əgər Bakıda 7 minlik həbsxana tikilirsə, deməli, CÇM-də ciddi sıxlıq müşahidə olunur. Bəs yeni müəssisələrin tikilməsi çıxış yoludurmu?
Musavat.com-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə hesab edir ki, yeni cəzaçəkmə müəssisələrinin tikilməsi ölkədə cinayətkarlığın səviyyəsinin artması ilə bağlı deyil:
“Ölkədə, xüsusilə narkotiklərdən istifadə, satışı, dələduzluq cinayətkarlığı, oğurluq, quldurluq və digər cinayətkarlıq hələ də var. Lakin bu hazırda penitensiar müəssisənin fəaliyyətinə o qədər də güclü təsir etmir. Müəyyən qədər sıxlıq olsa da, bu o demək deyil ki, penitensiar xidmət bunun öhdəsindən gələ bilmir. Məhkumların yerləşdirilməsi ilə bağlı penitensiar xidmətdə də müəyyən addımlar atılır ki, yeni gələn cinayətkarların yerləşdirilməsi və onların cəzaçəkmə şəraitinin müəyyən qədər uyğunlaşdırılması ilə bağlı işlər görülsün. Nəzərə almaq lazımdır ki, Azərbaycanda bir çox cəzaçəkmə müəssisəsi köhnə standartlara uyğun şəkildə tikilib. Məhkumların saxlandığı binalar, yataqxanalar hətta 70 il bundan öncə tikilib. Bəzi cəzaçəkmə müəssisələrində qaydaları heç cür tənzimləmək mümkün deyil. Bu baxımdan yeni şərtlər və Avropa standartları var. Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması üçün yeni müəssisələrin tikilməsinə ehtiyac var”.
Çingiz Qənizadə xatırladıb ki, vaxtilə Qarabağda, Şuşada cəzaçəkmə müəssisəsi olub: “İşğaldan sonra ermənilər ondan başqa məqsədlər üçün istifadə ediblər, bizim əsirləri saxlayıb işgəncə veriblər. Qarabağ bölgəsində yaşayan insanların yaxınlarının həbs edilib, cəza çəkməsi üçün başqa regionlarda yerləşdirilməsi orada yaşayan insanlar üçün əziyyətdir. Onlar ziyarət, sovqat aparmaq. məsələlərində çətinlik çəkirlər. Ona görə regionlara uyğun cəzaçəkmə müəssisələrinin tikintisi istiqamətində aparılan planlaşdırma işinin tərkib hissəsi kimi Qarabağda belə bir müəssisənin tikintisi olduqca vacibdir. Qarabağa köç davam edir, məskunlaşma siyasəti ardıcıl həyata keçirilir. Orada yaşayan insanlar da məhkum olunmuş yaxınlarını daha rahat şəraitdə görmək imkanına malik olmalıdırlar”.
O ki qaldı Umbakıya, hüquq müdafiəçisinin fikrincə, bəzi müəssisələr Bakı şəhərinin içərisindədir, yaxud elə şəraitdə tikilib ki, indiki standartlara uyğun gəlmir: “Məsələn, Əhmədli qəsəbəsində 7 saylı cəzaçəkmə müəssisəsi vaxtilə sovet dövründə tikilib, divarın sağı, solu, önü fərdi yaşayış evləridir və giriş-çıxış da olduqca məhduddur. Digər müəssisələrdə də belədir. Ona görə, elə bu Umbakıda daha 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsinin tikintisinin planlaşdırılması gələcəkdə standartlara cavab verməyən, eyni zamanda şəhərin içərisində və şəhərə yaxın yaşayış massivlərinə yaxın ərazidə olan müəssisələrin oraya köçürülməsi ilə nəticələnəcək. Nazirlik sovet dövründən qalmış bu problemləri görür, onların aradan qaldırılması üçün müəyyən addımlar atmaq niyyətindədir və atır”.
Baxış sayı:93
Bu xəbər 10 Oktyabr 2026 08:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















