Icma.az
close
up
RU
Bakıda aktyor və xanımını kim, niyə öldürdü? Təfərrüat

Bakıda aktyor və xanımını kim, niyə öldürdü? Təfərrüat

Icma.az bildirir, Milli.az portalına istinadən.

Qısa arayış...

2024-cü il oktyabrın 22-də Bakıda yaşlı ər-arvad qətlə yetirilir. Polis və prokurorluq əməkdaşları dərhal məlumat üzrə hadisə yerinə yollanır. Məlum olur ki, cinayət Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi, ev 3, mənzil 86-da baş verib. Divanın qarşısında 85 yaşlı İosif Tkaç və onun arvadı, 80 yaşlı Lyudmila Tkaçın meyitləri aşkar edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində Salyan rayonun Aşağı Kürkənd kəndində doğulan 1973-cü il təvəllüdlü İslam Hadıyev saxlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Lyudmila Tkaç İslam Hadıyevə 2024-cü il yanvarın 14-də oğurladığı 50.300 manat pul vəsaitini könüllü şəkildə qaytarmayacağı halda onu polisə şikayət edəcəyini bildirib. Buna görə İslam qadını və onun ərini öldürmək qərarına gəlib. Bu məqsədlə oktyabrın 21-i saat 14 radələrində onların yaşadığı ünvana gedib müşahidə aparıb. Lyudmila Tkaç evdən tək çıxıb, yaxınlıqda yerləşən mağazaya gedib və bazarlıq edərək, geri qayıdıb. Qapının kilidi müəyyən müddət açarla bağlanmayıb, İslam Hadıyev də bundan istifadə edib və saat 16  radələrində qapını açaraq içəri keçib. Aktiv müqavimət göstərə bilməyən İosif Tkaçın üzünə yumruqla zərbələr vuraraq, onu yerə yıxıb. Onun hərəkətlərinə mane olmaq üçün üzərinə gələn qadının da başına və üzünə yumruqla zərbələr vurub. Otaqdakı masanın üzərindən məişət təyinatlı bıçağı götürüb, yerdə müqavimətsiz halda uzanmış İosif Tkaçın, ardınca da arvadının boyun nahiyyəsinə çoxsaylı zərbələr endirib. Daha sonra qadına məxsus əl çantasından 1800 manat və 5 avro məbləğində pul vəsaitini götürüb. Otaqdakı əşyaları meyitlərin üstünə ataraq evi tərk edib. Beləliklə, İslam Hadıyev quldurluqla əlaqədar ər-arvadı öldürüb.

İş üzrə dindirilmiş İslam Hadıyev bildirib ki, 2021-ci ildə Bakıda, Binəqədi qəsəbəsində torpaq sahəsi alaraq, ev tikib. Fərdi qaydada santexnik işləyib:

"Yaşadığım qəsəbədə iş olmayan vaxtlarda 3-cü mikrorayon dairəsi ətrafına gedərək, orda usta axtaran müştəriləri gözləyirdim. 2022-ci ilin yay aylarında bazarda tanımadığım yaşlı kişi və qadınla tanış oldum. Onlara yaxınlaşıb öyrəndim ki, evlərində partlamış kanalizasiya borusunu təmir etmək üçün usta axtarırlar. Hər ikisi rus dilli idi, Azərbaycan dilində çətinliklə danışırdılar. Razılaşandan sonra onlarla birlikdə "Memar Əcəmi" metrosunun yaxınlığında yerləşən 5 mərtəbəli binanın qarşısına gəldik. 4-cü mərtəbəyə qalxdıq. Mətbəxdə əl-üz yuyanın altındakı kanalizasiya borusunu təmir edəndən sonra qadın mənə xidmət haqqı olaraq 35 manat verdi. Mobil nömrəmi istəyib dedi ki, təmir işi lazım olanda mənimlə əlaqə saxlayacaq. 2-3 aydan sonra həmin qadın "Whatsapp" tətbiqi vasitəsilə mesaj göndərərək, paltaryuyan maşını təmir etmək lazım olduğunu bildirdi.  Qadına İrina, kişiyə isə Eldar deyə müraciət edirdim. Əsl adlarını sonradan öyrəndim. 2024-cü ilin əvvəllərində qadın evdəki zibilləri yığmaq və stolu təmir etmək üçün məni yaşadıqları ünvana çağırdı. Evi təmizləyərkən, girişdən soldakı otaqda, yerdə tünd rəngli sellofan paketdə pul olduğunu gördüm.

Həmin torbanı yığdığım zibillərin arasında gizlətdim və işimi qurtarandan sonra evdən çıxdım. Öz evimdə açıb paketin içərisinə baxanda, orda təxminən 17000 dollar, 10000 manat və dəqiq yadımda qalmadığı məbləğdə avro gördüm. Pulları həyətdə, torpağı qazıb orda gizlətdim. Təxminən 2-3 gündən sonra Lyudmila zəng edərək, işi olduğunu deyib məni evə çağırdı. Qadın paketdə olan təxminən 50.000 manat pulu mənim oğurladığımı və həmin məbləği geri qaytarmağımı dedi. Təbii ki, evlərindən heç nə oğurlamadığımı bildirdim. Buna baxmayaraq, Lyudmila israrla pulları qaytarmayacağım halda, polisə şikayət edəcəyini söylədi".

İslamın sözlərinə görə, oktyabrın 21-də səhər oyanandan sonra gedib marketdən yarım litrlik şüşədə araq alıb evə gəlib. Saat 15 radələrində Lyudmilanın evinin qarşısına gəlib:

"İçəri girən kimi İosif məni görüb əsəbləşdi. Uca səslə "niyə gəldiyimi və pullarını qaytarmağımı" dedi. Yenə onların evindən pul götürmədiyimi bildirib onun üzərinə getdim. Yumruqla üzünə zərbə vurdum. Sol tərəfdəki otaqdan mənə tərəf gələn Lyudmilaya da zərbə endirdim. İosiflə əlbəyaxa olaraq, onu otağa saldım və yumruq zərbələri ilə yerə yıxdım. Lyudmila ayağa qalxan kimi, yenə onu vurdum. Qadının qışqırıq səsinə qonşuların gələcəyini düşünüb cəld divanın yanındakı masanın üzərindən bıçağı götürdüm. Öncə yerdə uzanmış İosifin boyun nahiyəsinə 3-4 zərbə endirdim. Ardınca Lyudmilanın da boynuna bıçaqla zərbələr vurdum. Divanın üzərində olan pul qabının içərisindən bütün əskinasları götürüb cibimə qoydum. Evdə, eləcə də mərhumların üzərində əlavə pul və sair qiymətli əşyalar olmasına baxmadım. Evimə çatandan sonra pulları sayıb, 501 manat və 5 avro olduğunu gördüm. Paltarlarımı dəyişib, taksi ilə Salyan rayonun Aşağı Kürkəd kəndində yerləşən evimə getdim. Polis əməkdaşları tərəfindən orda saxlanıldım".

İslam Hadıyev düşünüb ki, Lyudmila gec-tez onun barəsində şikayət edəcək. Buna görə də yaşadıqları evə gedib onu və ərini öldürüb. Onları ya bıçaqla, ya da boğub öldürməyi fikirləşib. 2024-cü ilin yanvar və ya fevral ayında maşın bazarından  özünə 16.000 manata 2008-ci il buraxılışlı "Kia" markalı avtomobil alıb. Daha sonra onu xatırlamadığı şəxsə satıb. Bundan başqa, Etibar adlı tanışı ona verdiyi 50.000 manat borcun qalan hissəsinin əvəzində ona "Wolksvagen" markalı avtomaşın verib.
Məhkəmə iclasında İslam Hadıyev özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, oktyabrın 21-də xidmət haqqını almaq üçün evlərinə getdikdə, qapını İosif açıb:

"İosif məndən çıxıb getməyimi tələb etdi. Bu zaman Lyudmila araya girdi. İosif bıçağı götürüb üstümə gələndə, həmin aləti əlindən alıb onun boğazına zərbə vurdum. Qadın qolumu tutub geriyə çəkərkən yıxıldı və bıçaq onun da boğazına girdi. Sonra baş verənləri isə xatırlamıram".

Xarici ölkədə olduğuna görə məhkəmədə iştirak etməyən zərərçəkmiş şəxsin hüquqi varisi İrena Rubinçikin istintaqda verdiyi ifadəsi elan olunub. Yazılanlara əsasən, onun valideynləri yəhudi əsilli olublar, hər ikisi Bakı şəhərində dünyaya gəlib:

"Mən və bacım Anna ailə qurandan sonra Almaniyaya köçmüşük. Son 20 il ərzində atam İosif Akademik Rus Dram Teatrının aktyoru olub. Anam Lyudmila əvvəllər 9 nömrəli orta məktəbdə, sonradan isə Elitar Gimnaziyada riyaziyyat müəllimi işləyib. "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Anam aylıq 440 manat, atam isə 205 manat təqaüd alırdı. Axırıncı dəfə valideynlərim 2024-cü ilin iyun ayında Almaniyaya gələrək, təxminən bir ay  evimizdə qalıblar. Anamla oktyabrın 21-də səhər telefonla danışmışam. Saat 18:48-dən etibarən zəng etsəm də, artıq anam cavab vermədi. Ayın 22-də Natavan adlı sinif yoldaşıma zəng edərək, anamgildən xəbər tuta bilmədiyimi bildirdim. Rəfiqəm də tanışı Olqa Əhmədovanı valideynlərimin ünvanına göndərdi.

Olqa ora gedərək, evin qapısının azacıq aralı olduğunu görüb. İçəri keçərək, televizorun işlək və bütün əşyaların dağınıq vəziyyətdə olduğunun şahidi olub. Lyudmilanı səsləsə də, ona heç kim cavab verməyib. Qorxulu hadisə baş verdiyini düşünüb, 19-cu şöbəyə gedərək, bu barədə məlumat verib. Sonra əməkdaşlarla birlikdə həmin ünvana qayıdıb. Baxış zamanı Lyudmila və onun ərinin meyitləri girişdən soldakı otaqda aşkar edilib.

2023-cü ilin yaz aylarında danışarkən anam mənə yaşadığı evə iki usta çağırıb təmir işi gördürdüyünü, onlar gedəndən sonra pul itdiyini bildirib. Ustalardan şübhələndiyini söyləsə də, onların şəxsiyyəti və pulun məbləği barədə ona heç nə deməmişdi. Yalnız bununla bağlı polisə şikayət etdiyini demişdi".
Məhkəmə hesab edib ki, İslam Hadıyevin əməlləri Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.6-cı, 120.2.7-ci, 120.2.9-cü və 120.2.11-ci (köməksiz vəziyyətdə, xüsusi amansızlıqla, başqa cinayəti gizlətmə məqsədi ilə, quldurluqla əlaqədar iki və ya daha çox şəxsi qəsdən öldürmə), 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə tövsif edilməli, ittihamdan 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi çıxarılmalıdır. Hadıyev həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İslam Hadıyev ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 İyun 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir

06 Avqust 2025 08:40see288

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see220

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see207

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see129

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see127

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see123

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see119

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see119

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see118

Ağstafada yol qəzası ölümlə nəticələndi

06 Avqust 2025 08:56see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see116

Bred Pittin ən çox gəlir gətirən filmi

06 Avqust 2025 08:32see115

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see110

BDU da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06 Avqust 2025 10:18see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri