Icma.az
close
up
RU
Bakıda alabay itləri sahibini parçalayaraq öldürdü

Bakıda alabay itləri sahibini parçalayaraq öldürdü

Bakıda it öz sahibini parçalayaraq öldürüb.

Ölkə.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 70 yaşlı Ə.Y. saxladığı alabay cinsli itlər sahibinə hücum edib.

Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar.

Nəticədə itlər sahibini parçalayaraq öldürüb.

Hadisə yerinə polis əməkdaşları çağırılıblar.

Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.

Qonşuların bildirdiyinə görə, Ə.Y. biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb.

seeBaxış sayı:23
embedMənbə:https://olke.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri