Bakıda anasının pullarını və qızıllarını oğurlayan qız saxlanılıb
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Suraxanı rayonu ərazisində qadının evindən 29 min manat pul vəsaiti və 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. SİA-nın məlumatına görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla əməlin zərərçəkənin 25 yaşlı qızı tərəfindən törədildiyi müəyyən olunub.
O, ifadəsində sosial şəbəkələrdə tanış olduğu bir nəfərin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək pul tələb etdiyini və evdən oğurladığı maddi vəsaitləri həmin şəxsə verdiyini bildirib. Qeyd edilən əməli törətməkdə şübhəli bilinən O. Bağırov da polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Mətləb
Bu mövzuda digər xəbərlər:Vətəndaşların pullarını oğurlayan cinayətkar qrup saxlanılıb
03 Sentyabr 2025 23:31
Bakıda sosial şəbəkə tanışlığı cinayətlə bitdi: Qız anasının pullarını oğurlayıb kişiyə verdi
20 İyul 2026 18:55
Bakıda motosiklet və skuter oğurlayan 6 şəxs saxlanılıb
08 Avqust 2025 14:00
Bakıda başqasını kəsici deşici alətlə hədələyib qızıllarını oğurlayan şəxslər SAXLANILDILAR
08 Yanvar 2026 21:06
Bakıda ticarət mərkəzindən gödəkcə oğurlayan şəxs saxlanılıb
14 May 2025 10:27
Baxış sayı:161
Bu xəbər 20 İyul 2026 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















