Bakıda arvadını armaturla döyən ər məsuliyyətdən azad edildi
Icma.az bildirir, Modern.az portalına istinadən.
Bakıda gənc oğlan arvadını döyüb.
Modern.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
23 yaşlı Müslüm Səfərovla (şərti adla) həyat yoldaşı arasında qonaq otağında mübahisə düşüb. Buna səbəb qadının onunla kobud danışması olub. Mübahisə zamanı Müslüm dəmir armaturla arvadının qol, əl və ayaq nahiyələrinə zərbələr vuraraq, xəsarətlər yetirib.
Faktla bağlı Müslüm Səfərov saxlanılaraq, barəsində cinayət işi açılıb.
Təqsirləndirilən və zərərçəkən şəxs ifadələrində barışdıqlarını, eləcə də dəymiş ziyanın ödənildiyini bildiriblər. Həmçinin zərərçəkən qadın ərindən şikayətçi olmayıb.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və M. Səfərov məsuliyyətdən azad edilib.
Baxış sayı:147
Bu xəbər 13 Sentyabr 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















