Bakıda AVRO voleybol hazırlığı
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Avropa Voleybol Konfederasiyasının (CEV) AVRO-2026 üzrə Təşkilat Komitəsinin nümayəndələri və yayım hüququna malik CEV-in tərəfdaşı olan “İnfort” şirkətinin əməkdaşları Azərbaycanda səfərdə olublar.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, səfər qadınlar arasında qitə çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədi daşıyıb. Qonaqlar qarşılaşmaların keçiriləcəyi Milli Gimnastika Arenasına və voleybolçuların yerləşdiriləcəyi otellərə baxış keçirib, həmçinin bir sıra digər təşkilati məsələlər müzakirə ediblər.
Qeyd edək ki, AVRO-2026-da qitənin 24 komandası dörd qrupda mübarizə aparacaq. Ölkəmiz 2026-cı il avqustun 21-dən sentyabrın 6-dək baş tutacaq turnirin bir qrupuna ev sahibliyi edəcək. Bu matçlar Bakıda Milli Gimnastika Arenasında təşkil olunacaq. Digər qrupların oyunları Çexiya, İsveç və Türkiyədə keçiriləcək.
L.QURBANOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 27 Fevral 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















