Bakıda avtobusda DAVA: Sürücü sərnişinə söydü, şüşəyə zərbələr endirdi VİDEO
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda 214 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü və sərnişin arasında dava düşüb.
“Bakupost” xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Kadrlardan məlum olur ki, mübahisəyə sürücünün avtobusa minən sərnişinlərə “rədd olun, keçin arxaya” deməsi səbəb olub. Xanım sərnişinlərdən biri sürücünün bu ifadəsinə etiraz edərək iradını bildirib.
Bundan sonra tərəflər arasında əvvəlcə sözlü mübahisə yaranıb. Söhbət getdikcə daha da gərginləşib, tərəflər bir-birinə yüksək səslə qışqırmağa başlayıblar. Kadrlarda sürücünün sərnişinə qarşı söyüş və nalayiq ifadələr işlətdiyi də eşidilir.
Daha sonra sürücü sərnişinlərdən ayrılan arakəsmə şüşəsinə zərbələr endirib. Hadisə anını lentə alan xanım sərnişin isə sürücünün davranışına etirazını davam etdirib.
Qarşıdurma avtobus hərəkətdə olarkən də davam edib.
Gərginlik zamanı sürücü “Komsomol dairəsi”ndə bütün sərnişinləri avtobusdan düşürəcəyini və avtobusu sürməyəcəyini deyib.
Hadisə ilə bağlı AYNA-ya sorğu ünvanlamışıq.
Lalə Novruz, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 25 Sentyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















