Icma.az
close
up
RU
Bakıda avtoritetlərin sxodka sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi

Bakıda avtoritetlərin sxodka sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən məşhur şadlıq saraylarının rəhbəri həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1966-cı ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuş sahibkar Rauf Ağayev Cinayət Məcəlləsinin 196.2 maddəsi (Kreditor borclarını ödəməkdən qəsdən yayınma, külli miqdarda ziyan vurmaq) ilə təqsirləndirilib və barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.


Sahibkar özünə məxsus Qaraçuxurdakı "Arion" və "Yağmur” şadlıq saraylarını, eyni zamanda həmin qəsəbənin R.Əlicanov küçəsi, 4057-ci məhəllə, 5F və 5E ünvanında yerləşən "Yurd" mərasim evini 2013-cü ildə bankların birinə girova qoyaraq külli miqdarda kredit götürüb.

Rauf Ağayev üzərindən 12 il keçməsinə baxmayaraq, banka olan 1056696,06 manat məbləğində kredit borcunu ödəməyib. 


Məlum olub ki, sahibkar 11 sentyabr 2013-cü ildə bankdan 594325,31 manat kredit götürüb. Borcu indiyədək ödəmədiyindən banka kredit müqaviləsi üzrə 594325,31 manat əsas borc, 444561,75 manat faiz borcu, 17781.00 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,00 manat, cəmi 1056696,06 manat məbləğində borcu yaranıb.


Qeyd edək ki, sahibkara məxsus "Yağmur" şadlıq sarayı 2012-ci ilin oktyabr ayında baş verən silahlı insidentlə gündəmə gəlmişdi. Aparılan araşdırma zamanı həmin şadlıq sarayında kriminal avtoritetlər "sxodka" təşkil etdiyi müəyyən edilərək, 40 nəfərə yaxın şəxs saxlanılmışdı. 

Həmin məlumatlarda "Yağmur" şadlıq evinin sahibi olan Rauf adlı sahibkarın da kriminal avtoritetlərdən biri ilə yaxın münasibətdə olduğu deyilmişdi.

2012-ci ildə keçirilən əməliyyatdan fotoları təqdim edirik:




Əhməd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Yanvar 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri