Icma.az
close
up
RU
Bakıda Azərbaycanın NATO proqramına qoşulmasına həsr olunmuş konfrans keçirilib

Bakıda Azərbaycanın NATO proqramına qoşulmasına həsr olunmuş konfrans keçirilib

Noyabrın 26-da Bakı şəhərində Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq (SNT) proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Tədbir zamanı ölkəmizin Alyansla tərəfdaşlığının tarixi, hazırkı vəziyyəti və gələcək perspektivləri, SNT proqramının nailiyyətləri, ölkəmizin NATO-nun rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına və Avropa regionunda enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsi və Azərbaycanın NATO ilə tərəfdaşlığından irəli gələn digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər idarəsinin rəisi vəzifəsini icra edən Anar Mütəllimov, NATO Baş katibinin əməliyyatlar üzrə müavinin köməkçisi Burcu San, xarici ölkələrdən əlaqədar sahələr üzrə akademik dairələrin üzvləri, təhlilçilər, həmçinin yerli dövlət qurumları və müvafiq təhsil ocaqlarından nümayəndələr iştirak edib.

seeBaxış sayı:97
embedMənbə:https://azpost.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri