Icma.az
close
up
RU
Bakıda bağçada uşaq ağır xəsarət aldı Təcili yardım çağırılmadı (VİDEO)

Bakıda bağçada uşaq ağır xəsarət aldı Təcili yardım çağırılmadı (VİDEO)

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Bakıdakı 291 saylı körpələr evi- uşaq bağçasında üç yaşlı körpə yıxılaraq ağır xəsarət alıb.

"Unikal" Xəzər TV-yə istininadən xəbər verir ki, uşağın atası Elcan İdrisbəyli iddiasına əsasən yıxılaraq sifəti çapılan körpəyə nə ilkin tibbi yardım göstərən, nə də təcili yardım çağıran olub.

"Hadisə baş verəndən sonra onu anasına elə üzüqanlı halda təhvil veriblər. Gəldim ki, bağçanın qabağında anası ilə uşaq çöldə qalıb, uşaqdan da qan gedir - hər yeri qandı. Apardıq “Semaşko”ya. Elə yolda direktor bizi yığdı, heç uşağı soruşmadan dedi ki, bağçanın adını çəkmə”, - deyə Elcan İdrisbəyli bildirib.

Valideynlərinin təcili xəstəxanaya çatdırdığı uşağın sifətinə iki tikiş qoyulub, gözünə yaxın hissəyə isə tikiş atmaq mümkün olmayıb, həkimlər bunun təhlükəli olduğunu bildiriblər.  

“Gəldik direktora deməyə ki, bizə kamera görüntüsünü təqdim edin. Direktor bildirdi ki, dövlət bağçanı kamera ilə təmin etməyib”, - deyə Elcan İdrisbəyli əlavə edib.

Bağçanın direktor Sahibə xanım isə hadisədən vaxtında xəbərdar edilmədiyini, bütün məsuliyyətin müəllimədə olduğunu bildirdi: “Müəllimə mənə vaxtında xəbər verməyib. İzahatını da almışam.

Anası Elnarə xanım dedi ki, “uşaq elə dünən də evdə yıxılıb, olacağa çarə yoxdur, Sahibə xanım”. Bir də ki, müəlliməsinin günahıdır. Kaş, müəllimənin uşağına olaydı, müəllimə öləydi, uşağı yetim qalaydı, iki gözü kor olaydı...”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə məsələ ilə bağlı tamamilə başqa açıqlama verildi. Bildirildi ki, 30 sentyabr saat 11:00 radələrində 291 saylı körpələr evi-uşaq bağçasının orta yaş qrupunda uşaqlardan biri yıxılıb və xəsarət alıb. Dərhal bağçanın tibb bacısı tərəfindən ilkin tibbi yardım göstərilib və uşağın valideyninə xəbər verilib. Uşaq valideyni ilə səhiyyə müəssisəsinə aparılıb. Bağçanın tərbiyəçi-müəllimi ilə bağlı tənbeh tədbiri görülüb. Valideynlə əlaqə saxlanılıb, uşağın vəziyyəti qənaətbəxşdir.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Oktyabr 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri