Icma.az
close
up
RU
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü “MBFW Azerbaijan” uğurla başa çatdı

Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü “MBFW Azerbaijan” uğurla başa çatdı

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın paytaxtı Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – “MBFW Azerbaijan” uğurla başa çatdı! MBFW Azerbaijan-ın ilk mövsümü Azərbaycanın paytaxtı Bakıda baş tutaraq, dəb, incəsənət və müasir texnologiyaları bir araya gətirən parlaq və zəngin tədbir olub.

Tədbirin təşkilatçıları Azərbaycan Moda Dizaynerləri Assosiasiyası və Led.az Events olub. Tədbirə strateji tərəfdaş – “Mercedes-Benz” və “Mercedes-Benz” markasının Azərbaycandakı rəsmi distribyutoru — “Avtokapital-Azərbaycan” MMC şirkəti dəstək göstərib.

Nümayişlər Abşeron Avtomobil Mərkəzində keçirildi – bu müasir salon #MAR20x standartına cavab verir və “Mercedes-Benz” brendinin yeni konseptual yanaşmasını təcəssüm etdirir. Bu unikal format iştirakçılara və qonaqlara dəb kolleksiyaları və incəsənət instalyasiyaları ilə tanış olmaqla yanaşı, “Mercedes-Benz” brendinin innovativ ruhunu tədbirin mərkəzində hiss etməyə imkan verdi.

Tədbir 15–17 may tarixlərində keçirildi və beynəlxalq dizaynerlərin moda nümayişlərini, incəsənət instalyasiyalarını, təqdimatları və yaradıcılıq sənayesinin aktual tendensiyalarını əks etdirən nümayişləri əhatə etdi. Hər günə müəyyən bir bədii mövzu həsr olunmuşdu: renessans, pop-art və ekspressionizm. S Design agentliyinin dekoru və süni intellekt tərəfindən yaradılmış vizual proyeksiyalar bu istiqamətlərə immersiv atmosfer bəxş etdi.

Həftənin ilk günü Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, istedadlı tenor Ateş Qarayevin çıxışı ilə açıldı və tədbirin ümumi ovqatını müəyyənləşdirdi. İkinci gün Eurovision-2024 müsabiqəsində Azərbaycanı təmsil edən müğənni və bəstəkar Fahreenin çıxışı ilə yadda qaldı, bu isə tədbirə bayram abu-havası və rəngarənglik qatdı. Proqram çərçivəsində müxtəlif ölkələrdən olan dizaynerlərin kolleksiyaları nümayiş etdirildi: Ziya Koçaturk (Türkiyə), T.Efremova & Irra (Belarus), Emilio Bonadio (İtaliya), Blikvanger & Idividi (Gürcüstan), Vague (Gürcüstan, İsrail), Rox Nassenova (Qazaxıstan), Black Queen (Belarus), Papilio by Alena Goretskaya (Belarus). Tədbirin xüsusi hissəsi Azerbaijan Fashion&Art sərgisi oldu – burada yerli brendlərin kolleksiyaları təqdim edildi: Muse Me, The Tothu, Parcha Studio, Gaga Factory, Dova 24, Sultan Couture, Natavan Aliyeva, Sameera və Kaftan.

Eyni zamanda, müasir Azərbaycan rəssamı Elnara Nəsirlinin incəsənət instalyasiyası da təqdim olundu. Tədbir çərçivəsində həmçinin Nino Sepo və Narmeen Jewelry zinət əşyaları brendlərinin şourumları, eləcə də dizaynerlər Vira Plotnikova və Co.Lab tərəfindən hazırlanmış kolleksiya işlərinin sərgiləri təşkil edildi. Türk zinət evi Panghianın rahat şourumda təqdimatı və “Adidas” for “Mercedes-Benz” kolleksiyasının nümayişi tədbirin beynəlxalq statusunu və “Mercedes-Benz” brendinin mədəni dialoqun və innovativ təcrübələrin bir hissəsi olaraq mövqeyini vurğuladı. Hər günün sonunda DJ AKG tərəfindən təqdim olunan DJ set-ləri bayram əhval-ruhiyyəsi və dinamika əlavə etdi. Tədbirin tərəfdaşları sırasında aparıcı şirkət və təşkilatlar yer aldı: Alman-Azərbaycan Ticarət Palatası, MyBrands, MAC, L'Oréal Professionnel, KSpace, Braun, Absheron Hotel Group, Turizm.az, Museum Furniture & Accessories, Johnnie Walker, A11 Logistics, Big Model Agency, Notes Gastronomy & Bar, Shur və Yacht Club Residence. MBFW Azerbaijan, yaradıcı ideyaların nümayişi, yerli və beynəlxalq istedadların dəstəklənməsi üçün bir platformaya çevrildi və göstərdi ki, Azərbaycan müasir mədəni dialoq və innovativ eksperimentlərin mərkəzinə çevrilə bilər.

Eyni zamanda, “Avtokapital-Azərbaycan” MMC şirkəti tərəfindən təmsil olunan Mercedes-Benz brendi ilə əməkdaşlığın əhəmiyyətini bir daha vurğuladı.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 May 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri