Icma.az
close
up
RU
Bakı dünya modasının yeni mərkəzinə çevrilir: MBFW Azerbaijan ın ilk mövsümü start götürdü

Bakı dünya modasının yeni mərkəzinə çevrilir: MBFW Azerbaijan ın ilk mövsümü start götürdü

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

2025-ci il mayın 15-də Bakıda "Mercedes-Benz"in strateji tərəfdaşlığı ilə rəsmi beynəlxalq tədbir olacaq "Mercedes-Benz Fashion Week (MBFW) Azerbaijan"ın ilk mövsümünün açılışı olub.

Oxu.Az xəbər verir ki, Azərbaycan Moda Dizaynerləri Assosiasiyası və "Led.az Events"in təşkil etdiyi bu tədbir həm yerli, həm də beynəlxalq dizaynerlərin istedadlarını nümayiş etdirmək üçün ən parlaq platforma olacağını vəd edir.

"Bu, təkcə yerli moda sənayesi üçün deyil, bütövlükdə bütün ölkə üçün möhtəşəm hadisədir. Tədbir dünya şöhrətli "Mercedes-Benz" brendinin dəstəyi ilə keçirilir, bu da Azərbaycan modasının qlobal səviyyədə tanınmasına dəlalət edir. Bu, bütün dizaynerlər və bütövlükdə moda sənayesi üçün irəliyə doğru böyük addım olacaq.

"MBFW Azerbaijan" çərçivəsində doqquz xarici dizayner öz kolleksiyalarını təqdim edəcək. Onların iştirakı dünya modasının son tendensiyalarını nümayiş etdirməyə və yerli dizaynerlərlə təcrübə mübadiləsi aparmağa imkan verəcək. Biz podiumda nümayişlərdən əlavə, Azərbaycanın aparıcı modelyerlərinin brendlərinin DNT-sini əks etdirən sərgilər və kolleksiyaları ilə müvəqqəti "şou-rum" hazırlamışıq.

Məqsədimiz təkcə beynəlxalq dizaynerlərə diqqət çəkmək deyil, həm də istedadlı azərbaycanlı modelyerləri hərtərəfli dəstəkləməkdir. "MBFW Azerbaijan" ölkəmizin bütün moda sənayesi üçün irəliyə doğru böyük addımdır", - deyə Azərbaycan Moda Dizaynerləri Assosiasiyasının təsisçisi və rəhbəri, "Mercedes-Benz Fashion Week Azerbaijan"ın həmtəşkilatçısı Aysel Hüseynova bildirib.

Mayın 17-dək davam edəcək "MBFW Azerbaijan" proqramı çərçivəsində İtaliya, Gürcüstan, Qazaxıstan, Türkiyə, Belarus və İsraildən olan ekspertlərin öz ideyalarını təqdim edəcəkləri təsirli şoular planlaşdırılıb.

Belarusun "Black Queen" brendi ilk dəfə moda dünyasının belə möhtəşəm tədbirində iştirak edib. Dizayner Olya Derevyaşko tədbirlə bağlı təəssüratlarını Oxu.Az-la bölüşüb və gənc Belarus brendi üçün orada iştirakın əhəmiyyətindən danışıb.

"Biz "Mercedes-Benz Fashion Week Azerbaijan"ın ən yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara inanılmaz dərəcədə minnətdarıq. Bu, bir çox brendin arzuladığı genişmiqyaslı tədbirdir. Ciddi seçimdən keçmək və Minski təmsil etmək imkanı əldə etmək bizim üçün böyük şərəfdir. Zövqümüz və tərzimiz təcrübəli Bakı ictimaiyyətinin gözləntilərinə uyğun olduğundan çox məmnunuq. Ümid edirik ki, debüt kolleksiyamızla tamaşaçıları yaxşı mənada təəccübləndirəcəyik və Belarus modasını layiqincə təmsil edəcəyik", -deyə O.Derevyaşko qeyd edib.

Bununla belə, tədbirin əsas nüansı dizaynerlər tərəfindən ən son texnoloji həllərin - süni intellektin, virtual və artırılmış reallığın tətbiqi olacaq. Bu yeniliklər dünya modasında əvvəllər istifadə olunmayan konseptləri həyata keçirən unikal kolleksiyalar yaratmağa imkan verəcək. Tamaşaçıları moda sənayesinin gələcəyinə aparan cəlbedici təcrübə gözləyir.

"MBFW Azerbaijan" proqramında xüsusi yeri "Azerbaijan Fashion&Art" ekspozisiyası tutur. Bu ekspozisiya "Muse Me", "The Tothu", "Parcha Studio", "Gaga Factory", "Dova 24", "Sultan Couture", "Natavan Aliyeva", "Sameera", "Kaftan" brendlərinin və tanınmış rəssam Elnarə Nəsirli art-installyasiyasının təqdimatı vasitəsilə ölkəmizin dəb arenasına baxmağa imkan verəcək. Bu ekspozisiya çoxəsrlik ənənələri və müasir tendensiyaları harmonik şəkildə birləşdirən yerli moda və incəsənət səhnəsinin parlaq əksi olacaq.

"MBFW Azerbaijan"ın ilk mövsümünə dəstəyi Almaniya-Azərbaycan Ticarət Palatası (AHK), "MyBrands", MAC, "L'Oreal Professionnel", "Kspace", "Braun", "Absheron Hotel Group", Turizm.az, "S Design", "Museum Furniture&Accessories", "Johnnie Walker", "Big Gastronomy", "A11B & Logistics", "Big Model Agency", "Notes Gastronomy&Bar", "Shur", "Dadim", "Yacht Club Residence" və s. şirkət və təşkilatlar göstərir.

"Mercedes-Benz Fashion Week Azerbaijan"ın keçirilməsi dizaynerlər, brendlər və rəssamların beynəlxalq arenada tanınması üçün unikal imkandır. Tədbir təkcə Azərbaycanın deyil, bütün dünya moda tarixində yeni mərhələyə çevriləcək canlı və ruhlandırıcı hadisə yaratmaq üçün moda, incəsənət və qabaqcıl texnologiyanı bir araya gətirir. Təsadüfi deyil ki, "Elle Uzbekistan", "Tatler Kazakhstan", "Baku Magazine", "Caspian Magazine, "&Beyond Magazine", "Nargis Magazine", "The Diary", Media.az, Oxu.Az, "PhotoStock", "1News", Trend.az, Day.az, Milli.az, "25Trend", "Fiftysix Magazine" və "Brands Fashion Busines" kimi nüfuzlu nəşrlər "MBFW Azerbaijan"ın ilk mövsümünün rəsmi media tərəfdaşlarıdırlar.

Rufina Abdullayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 May 2025 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri