Bakıda bir sıra yolötürücülərində müayinələr aparılacaq
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən bir sıra yolötürücülərində instrumental müayinə işləri davam etdiriləcək.
Bakıvaxtı.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, müayinələr yolötürücülərinin texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə gecə saatlarında, saat 01:00-dan 05:00-dək aparılacaq.
Müayinələrin keçiriləcəyi ünvanlar və tarixlər aşağıdakılardır:
- 26 sentyabr - Zabrat-Maştağa yolu, texniki baxış məntəqəsinin yanı;
- 27 sentyabr - Sabunçu rayonu, E. Mehdiyev küçəsi, “Bakıxanov” yolötürücüsü;
- 3 oktyabr - Nizami rayonu, M. Əliyev küçəsi, “Dakar” dairəsi;
- 4 oktyabr - Ziya Bünyadov prospekti, “Çermet” yolötürücüsü;
- 10 oktyabr - M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 10-cu km-i, Ekologiya postu;
- 11 oktyabr - M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı.
AAYDA bildirib ki, instrumental müayinələr körpü və yolötürücülərinin etibarlı istismarının təmin edilməsi, mümkün risklərin vaxtında müəyyənləşdirilməsi və hərəkət təhlükəsizliyinin artırılması məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 25 Sentyabr 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















