Tramp bu ölkədən idxal edilən bəzi kənd təsərrüfatı məhsullarını əlavə rüsumlardan azad etdi
Icma.az bildirir, Banco.az portalına istinadən.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp Braziliyadan idxal edilən bəzi kənd təsərrüfatı məhsullarının əlavə rüsumlardan azad edilməsi haqqında sərəncam imzalayıb.
Banco.az xəbər verir ki, sözügedən fərmanla Braziliya hökumətinə tətbiq edilən əlavə tariflərin əhatə dairəsi yeniləndi.
Braziliya hökumətinin son siyasətlərinin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhdid yaratdığını xatırladan fərmanda, iyul ayında əlavə 40 faizlik tarif tətbiq edildiyi, prezident Trampın oktyabr ayında Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə görüşdüyü və narahatlığı aradan qaldırmaq üçün danışıqlara başlamaq qərarına gəldiyi vurğulanıb.
Sərəncamda danışıqların hələ də davam etdiyi və əldə olunan irəliləyişlərə uyğun olaraq bəzi kənd təsərrüfatı məhsullarının əlavə tarifin əhatə dairəsindən çıxarıldığı bildirilib.
Fərmanda bu qərarın noyabrın 13-dən gömrükdən çıxarılan və ya anbarlardan çıxarılan mallara münasibətdə qüvvədə olacağı və lazım gəldikdə yığılan vergilərin geri qaytarılacağı bildirilib.
ABŞ prezidenti Tramp iyul ayında imzaladığı sərəncamla Braziliyaya tətbiq edilən tarif dərəcəsini 10 faizdən 50 faizə qaldırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 21 Noyabr 2025 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















