Icma.az
close
up
RU
“Bakıda bu cür layihələrin sayı artırılmalıdır” Deputat yeni yol layihəsindən danışdı

“Bakıda bu cür layihələrin sayı artırılmalıdır” Deputat yeni yol layihəsindən danışdı

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir. Yeni lahiyə ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev fikirlərini bildirib.
Deputat Demokrat.az-a açıqlamasında bildirib ki, son dövrlərdə Bakıda mütəmadi olaraq tıxac müşahidə edilir:
“Xüsusilə, vətəndaşların avtomobillərdən çox istifadə etməsi vəziyyəti gərginləşdirir. İctimai nəqliyyat sıxlığın yükünü qaldıra bilmir. Bu səbəbdən şəxsi avtomobillərə maraq artır. Bakıda mərkəzi arteriya rolunu oynayacaq yolların çox olmaması problemi daha da artırır. Bu baxımdan yeni alternativ yolların açılmasına ehtiyac yaranır. Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metrostansiyasına qədər yeni yolun çəkilməsi layihəsinin reallaşması yolların yükünü azaltmış olacaq. Heydər Əliyev prospekti başda olmaqla, şəhərdən hava limanı istiqamətinə gedən yollarda seyrəklik yaranacaq. Bu da günün sıxlıq olan saatlarında tıxacı əhəmiyyətli dərəcədə azaldacaq, avtomobil yükünü bölüşdürməyə xidmət edəcək”. 
Onun sözlərinə görə, Bakıda bu cür layihələrin sayı artırılmalıdır:
“Çoxmərtəbəli körpülərin də tikintisi reallaşdırılmalıdır. Sadəcə yaxın 5-10 ili yox, növbəti 50 ilin tıxacını azaltmaq nəzərdə tutulmalıdır. Meqapolisləri şəhərimizdə müqayisə etdikdə görürük ki, bu cür layihələrin həyata keçirilməsi vacibdir. Səbrsizliklə yeni çəkiləcək yolun istifadəyə verilməsini gözləyirəm. İnanıram ki, layihə tıxacın yükünü düşündüyümüz qədər çox azaltmış olacaq”.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Dekabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri