Icma.az
close
up
RU
Bakıda bu dahilərimizin heykəlləri var ARAŞDIRMA

Bakıda bu dahilərimizin heykəlləri var ARAŞDIRMA

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dahilərimizin Bakıdakı heykəlləri ilə bağlı maraqlı araşdırma aparılıb.

Sherg.az xəbər verir ki, araşdırmanı tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev aparıblar.

“Sovet dövründə Bakıda bu tarixi şəxsiyyətlərimizə heykəllər ucaldılıb: Mirzə Ələkbər Sabir (1922; 1958-ci ildə tunc abidə ilə əvəzlənib), Mirzə Fətəli Axundzadə (1930), Həzi Aslanov (1949), Nizami Gəncəvi (1949), Xurşidbanu Natəvan (1960), Üzeyir Hacıbəyli (1960), Səməd Vurğun (1961), Məhəmməd Füzuli (1962), Mikayıl Müşfiq (1968), Nəriman Nərimanov (1972), Mehdi Hüseynzadə (1973), İmadəddin Nəsimi (1980), Cəfər Cabbarlı (1982), Həsən bəy Zərdabi (1983) və Əliağa Vahid (1990). Diqqət etsək, görərik ki, N.Nərimanovu çıxmaq şərti ilə o zaman heç bir dövlət xadimimizə heykəl ucaldılmayıb.

Müstəqillik dövründə isə Bakıda Şah İsmayıl Xətainin (1993), Hüseyn Cavidin (1993), Yusif Məmmədəliyevin (1998), Əzim Əzimzadənin (2002), Tofiq Bəhramovun (2004), Heydər Əliyevin (2005), Zivər bəy Əhmədbəyovun (2011), Abbasqulu ağa Bakıxanovun (2011), Fikrət Əmirovun (2011), Koroğlunun (2012), Bülbülün (2012), Dədə Qorqudun (2013), Qara Qarayevin (2014), Rəşid Behbudovun (2016), Niyazinin (2017), Albert Aqarunovun (2019), Hacı Zeynalabdin Tağıyevin (2022) və Müslüm Maqomayevin (2022) heykəlləri qoyulub.

Dahilərimizin heykəlləri qədim və zəngin tariximizin küçələrdə yaşadılması və təbliğatıdır. Çox təəssüf ki, Bakıda Babəkin, Şəmsəddin Eldənizin, Uzun Həsənin, Sara Xatunun, Şah Abbasın, Nadir şah Əfşarın, Ağaməhəmməd şah Qacarın, Cümhuriyyət qurucularının və digər tarixi şəxsiyyətlərimizin heykəlləri yoxdur. Ümid edirik ki, bir gün onların heykəlləri də Bakımızda ucaldılacaq”, - deyə tarixçilər bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 İyul 2026 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri