Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Rusiyadan miqrantları üzən QƏRAR

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Bakıda 543 nəfərlik bomba ARAŞDIRMA

Bakıda 543 nəfərlik bomba ARAŞDIRMA

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

3 ildə 30 ölüm, dəmiryolu ətrafındakı evlər faciə mənbəyidir

Uzun illərdir Bakı şəhərində, xüsusilə də Nərimanov rayonu ərazisində dəmiryolu xəttinin az qala bir addımlığında salınan qeyri-qanuni yaşayış evləri nəinki şəhərsalma normalarına, heç elementar təhlükəsizlik standartlarına da cavab vermir.
Modern.az-ın məsələ ilə bağlı apardığı araşdırma nəticəsində ortaya çıxan faktlar, rəqəmlər və sosial təhlükələr bu ərazilərdə yaşayan hər bir şəxsin, eyni zamanda dövlətin və cəmiyyətin üzərinə böyük məsuliyyət qoyur.

Qatarın səsində 543 nəfərlik təhlükə zonası

Hazırda Nərimanov rayonu ərazisində yerləşən dəmiryolu boyunca 161 qeyri-qanuni tikili mövcuddur. Bu evlərdə 156 ailə, ümumilikdə 543 nəfər yaşayır. Maraqlı fakt odur ki, bu insanlar Azərbaycanın 40-dan çox şəhər və rayonunu təmsil edirlər. Yalnız 12 ailənin məcburi köçkün statusu var. Digərləri isə müxtəlif səbəblərdən Bakıya köç etmiş şəxslərdir. Hətta böyük əksəriyyət bu ərazilərdə evi kirayə vermək üçün tikib.

Dəmiryolunda can verənlər, Son 3 ildə 30-dan çox ölüm

Rəsmi qurumların məlumatına əsasən, son üç il ərzində bu ərazilərdə qatarın vurması nəticəsində 30-dan çox şəxs həyatını itirib. Hər biri bir ailənin faciəsi, bir şəhərin növbəti utancıdır. Bu, artıq fərdi məsuliyyət kimi qeyd edilə bilməz. Birmənalı olaraq sosial və dövlət təhlükəsizliyi məsələsidir.

Yanğında kömək gəlmir, xəstə çağırışına cavab yoxdur, çünki yol yoxdur
Qanunsuz şəkildə salınan bu tikililərdə əlavə bir problem də odur ki, yanğınsöndürmə maşınları, təcili tibbi yardım və digər fövqəladə hallara cavab verən nəqliyyat vasitələri əraziyə daxil ola bilmir. Dar keçidlər, qeyri-rəsmi küçələr və fiziki çətinliklər vətəndaşları təbii fəlakət və hadisələr zamanı daha da aciz duruma salır.

Bakının siması, şəhərin statusu təhdid altındadır

Bakının müasir şəhər obrazı və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edən imici bu cür mənzərələrlə ziddiyyət təşkil edir. Bir tərəfdə “Ağ şəhər” layihəsi, digər tərəfdə relsin üzərində taxta daxmalar… Bu, həm də dövlət nüfuzunu aşağılayan mənzərədir.

Vaxtında qarşısı alınmadı, indi isə söküntü qaçılmazdır

Mütəxəssislər bildirirlər ki, bu cür qeyri-qanuni tikililərin qarşısı vaxtında alınsaydı, nə ölüm hallarına rast gəlinərdi, nə də şəhər bu qədər zərər görərdi. Artıq aidiyyəti qurumlar söküntüyə başlayıb. Ekspertlər hesab edirlər ki, insanlar, cəmiyyət buna texniki proses kimi baxmamalıdır. Burada sosial nəticələri olan həssas bir məsələlər var. 


Cəmiyyətin reallıqla üzləşmə vaxtıdır

Hər nə qədər insanlar bu evləri illərlə yaşadıqları məkan, yurd yeri kimi qəbul etsələr də, təhlükəsizlik reallıqları dəyişməz qalır. Qatarın altına düşmək, yanğın zamanı çıxış yolu tapa bilməmək, tibbi yardıma gec çatmaq, bu cür risklər bir insanın taleyi anlamına gəlmir, bir ölkənin sosial siyasətinə təsir edir.
Kommunal xidmətlərin yoxluğu
Bu ərazilərdə işıq və qaz xətləri bərbad vəziyyətdə, təhlükəsizlik standartlarına zidd şəkildə çəkilib. Yenilənməmiş, planlaşdırılmamış, texniki norma və qaydalara uyğunlaşdırılmayan elektrik və qaz təchizatı, xüsusən bir-birinə bitişik tikilən evlərdə yanğın, partlayış və qəza riskini dəfələrlə artırır. Bu, həm də əhalinin sağlamlığı və təhlükəsizliyi baxımından faciəvi nəticələrə gətirib çıxara bilər.
Kommunal xidmətlərin mövcud problemləri su təchizatı, kanalizasiya və digər vacib infrastruktur sahələrində də özünü göstərir. Bu isə antisanitariya, yoluxucu xəstəliklərin yayılması və sosial gərginlik deməkdir.

Rəsmilər nə deyir?

Rəsmi dairələrdən Modern.az-a bildirib ki, ərazidəki evlərin hüquqi statusu müəyyənləşdirilib, müvafiq sənədləri olmayan yaşayış məntəqələri mərhələli şəkildə söküləcək. Sakinlərlə fərdi söhbətlər aparılır, bəzilərinə alternativ məkanlar təklif olunur.

Bakını riskə atmayaq

Yuxarıda qeyd olunanlar göstərir ki, yaranmış mənzərə Nərimanovun və ya dəmiryolu ətrafında yaşayanların problemi deyil. Bu, Bakının problemi, daha doğrusu, bütün Azərbaycanın sosial şəhərsalma dərsidir. İnsan həyatının qorunması, şəhərin qanuni çərçivədə inkişafı və vətəndaş məsuliyyətinin gücləndirilməsi vacibdir.
2024-cü ilin sonlarında Bakı COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi etdi. Paytaxtın insanyönümlü şəhər statusunu qazanması, onun modern şəhərsalma prinsiplərinə uyğun inkişafı hələ də qlobal diqqət mərkəzindədir. Belə bir zamanda, Nərimanov rayonunun mərkəzi hissəsində nizamsızlıq və təhlükəli tikililər Bakının beynəlxalq imicinə xələl gətirə bilər. Bu ərazilər şəhərin estetik görkəmini korlamaqla yanaşı, həm də müasir Bakı anlayışına, onun inkişaf strategiyasına kölgə salır.

Ekspert Ərşad Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, dəmir yolları və digər strateji obyektlər ətrafında salınan qeyri-qanuni tikililər şəhərsalma prinsipi ilə yanaşı, həm də insanların təhlükəsizliyinə ciddi təhdid yaradır:
“Bu, birbaşa təhlükəsizlik məsələsidir. Qanunvericilikdə bütün kommunikasiyaların öz təhlükəsizlik zonası var. Bura yüksək gərginlikli elektrik xətləri, metropoliten, dəmir yolları, avtomobil yolları, dəniz limanları, yüksək təzyiqli boru xətləri və digər mühüm obyektlər daxildir. Onların mühafizəsi mütləq təmin olunmalıdır. Bu zonalarda elektromühafizə tədbirləri də nəzərdə tutulur” - deyə Ərşad Hüseynov vurğulayıb.


Onun sözlərinə görə, mühafizə zonalarının iki əsas təyinatı var:


“Birincisi, həmin kommunikasiyalarla bağlı yaranacaq hər hansı problemin ətrafdakılara zərər vurmaması təyinatıdır. Çünki sadalanan obyektlərin hər biri yüksək təhlükə mənbəyidir. Yüksək gərginlikli elektrik xətti qəza zamanı yanğına səbəb ola bilər. Yüksək təzyiqli boru və ya su xəttində baş verən qəza ətrafdakı evləri yuyub dağıda bilər, insan itkisi baş verə bilər. Qatar yolunda hər hansı texniki qəza baş verərsə, bu ətrafdakı tikililər üçün də faciə ilə nəticələnə bilər”.
Ərşad Hüseynov qeyd edib ki, belə ərazilərdə yaşayış məntəqələri və təsərrüfat obyektlərinin salınması qadağan edilməlidir.
“İkinci vacib məqam odur ki, hər hansı problem baş verdikdə, həmin ərazilərə asanlıqla müdaxilə etmək, texnika ilə problemə operativ şəkildə müdaxilə etmək mümkün olsun. Biri var dəmir yolunun kənarı evlərlə doludur, biri də var ki, yolun ətrafında boş sahə var və fövqəladə hallarda dərhal tədbir görmək olur”.


Ekspert onu da bildirib ki, bu cür ərazilərdə tikinti aparan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır:
“Bu mühafizə zolaqları qorunmalı, orada qanunsuz tikinti aparanlara qarşı ciddi tədbirlər görülməlidir. Belə tikililərə heç bir halda dövlət qeydiyyatı verilə bilməz. Qanunsuz tikilmiş tikililər nəzarətsizlik nəticəsində deyil, hüquqi məsuliyyət baxımından qiymətləndirilməli və onların köçürülməsi müasir yanaşmalara uyğun şəkildə həyata keçirilməlidir”.
Ərşad Hüseynovun fikrincə, bu cür qanunsuz tikililər şəhərsalma siyasətinə və insan həyatına zərər vurur və bunun qarşısı yalnız ciddi nəzarət və ictimai məsuliyyətlə alınmalıdır.

Məşhur bakılı, tanınmış “KVN”çi və ictimai xadim Bəhram Bağırzadə isə bildirib ki, Bakı şəhəri öz gözəlliyi və tarixi memarlıq üslubu ilə seçilib və bu ənənə hər zaman davam edəcək. Onun sözlərinə görə, paytaxtın simasına xələl gətirən tikililər söküləcək, necə ki, indi şəhərdə bu istiqamətdə genişmiqyaslı işlər aparılır.
“Bakı gözəl şəhər olub və olacaq. Dəmiryolu xətti üzərində tikilən qanunsuz evlər də söküləcək. Hazırda Naxçıvan oteli, keçmiş fabriklər, doğum evləri və digər Bakının görünüşünə xələl gətirən tikililər sökülür, həmin ərazidə yerləşən bu evlər də eyni qaydada söküləcək,” - deyə Bəhram Bağırzadə vurğulayıb.


Tanınmış sənətçinin fikrincə, bu prosesin uğurla həyata keçirilməsi üçün əvvəlki təcrübələr nümunə göstərilə bilər:


“Xatırlayarsınız, “Sovetski”, “Kubinka” ərazilərində sakinlər yerbəyer edildikdən sonra söküntü işləri başladı, insanlar da buna normal yanaşdı, burada da eyni cür sakit, rahat şəkildə söküntü aparılacaq. Bakı şəhəri vətəndaşlarımız üçün daha təhlükəsiz və gözəl olmalıdır.”


Bəhram Bağırzadə bu məsələdə dövlətin və cəmiyyətin birgə mövqeyinin vacibliyini vurğulayıb:
“Cənab Prezident, Ali Baş Komandanımız 44 günlük müharibədə ölkəmizə qələbə qazandırdısa, deməli, belə bir işi görmək üçün bizə cəmi iki həftə lazımdır. Təkcə Bakı yox, Gəncə, Astara, Lənkəran və digər şəhərlərimiz də paytaxt kimi gözəl və abad olmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 İyul 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see861

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see360

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see313

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see295

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see212

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see204

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see201

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see199

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see195

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see194

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see191

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see187

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see183

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see180

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see177

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see176

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see165

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see163

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see162

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri