Icma.az
close
up
RU
Bakıda hansı universitetlərin yataqxanaları var? ARAŞDIRMA

Bakıda hansı universitetlərin yataqxanaları var? ARAŞDIRMA

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Yeni dərs ilinin başlaması ilə müxtəlif bölgələrdən paytaxta üz tutan gənclərin sayı artıb. Ali məktəblərə qəbul olunan tələbələr üçün əsas problemlərdən biri də yaşayış yeridir. Rayondan Bakıya oxumağa gələnlərin böyük əksəriyyəti kirayə evlərə üz tutur. Tələbələrin axını kirayə mənzillərə tələbatı artırır və nəticədə qiymətlər də yüksəlir. Bu isə həm tələbələrin, həm də onların valideynlərinin büdcəsinə əlavə yük yaradır.

Belə vəziyyətdə yataqxanalar müəyyən qədər çıxış yolu hesab oluna bilər. Amma burada da yerlərin məhdudluğu səbəbindən yalnız az sayda tələbə faydalana bilir.

Bəs görəsən, bu tədris ilində universitetlər tələbələrin yataqxana problemini nə dərəcədə həll edə biləcək?

Ölkə.az mövzu ilə bağlı paytaxtdakı universitetlər arasında sorğu aparıb.

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva bildirdi ki, BDU-nun Tələbə Evi 220 nəfərlikdir:

"Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s.  Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Aylıq ödəniş 75 manatdır. Yeni yataqxananın tikilməsi ilə bağlı dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr davam edir".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentindən Elnur Hadıyevin verdiyi məlumata görə, ADNSU-nun yataqxanası köhnə yataqxanadır:

"Əvvəlki illərlə müqayisədə yataqxanalarda xüsusi bir dəyişiklik yoxdur, amma gələcəkdə təmir olunması nəzərdə tutulub. Ancaq bu barədə hələ qərar verilməyib, böyük yataqxanadır və bir neçə korpusdur. Nə zaman təmirlə bağlı yenilik olsa məlumat verəcəyik. 

Ümumilikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası 320 nəfərlikdir. Burada həm yerli, həm də əcnəbi tələbələr qalırlar, adətən əcnəbi tələbələr üstünlük təşkil edir.

Yataqxana 2 və 3 nəfərlik otaqlardan ibarətdir. Bir otağın qiyməti 100 manatdır. 2 nəfər qaldıqda hər biri 50, 3 nəfər qaldıqda isə 34 manat vəsait ödəyirlər".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki, ADPU-nun Bakı şəhərində 5 tələbə yataqxanası var:

"Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb. ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir. Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunur. Bütün otaqlar tam təmirlidir. Yataqxanaya, əsasən, sosial həssas qrupdan olan və əcnəbi xanım tələbələr qəbul olunur".

Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədovanın sözlərinə görə, universitetin istifadəsində 5 yataqxana mövcuddur:

"Hazırda universitetin bütün 5 yataqxanasında məcburi köçkünlər məskunlaşıb. Bu səbəbdən tələbələrin istifadəsinə verilməyib. Onlar köçürüldükdən sonra yataqxanalar əsaslı təmir edilərək tələbələrin ixtiyarına veriləcək. Amma universitetin Zaqatala filialının yataqxanası var. Aprel ayında açılışı olub".

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, universitetin 1 yataqxanası var:

“Azərbaycan Dillər Universitetinin yataqxanası 205 nəfərlikdir. Müraciət edən tələbələri yataqxana ilə təmin edəcəyik”.

Bakı Slavyan Universitetindən (BSU) bildirildi ki, BSU-nun nəzdində ümumilikdə 4 yataqxana mövcuddur:

"Hazırda həmin yataqxanalarda məcburi köçkünlər məskunlaşıb və onlardan yalnız bir yataqxana qismən ( 2-ci və 4-cü mərtəbələri) BSU tələbələrin istifadəsindədir".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:736
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Sentyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri