Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Bakıda tələbə yataqxanaları: QİYMƏTLƏR NEÇƏYƏDİR? ARAŞDIRMA

Bakıda tələbə yataqxanaları: QİYMƏTLƏR NEÇƏYƏDİR? ARAŞDIRMA

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bugünkü gündə tələbələri ən çox narahat edən məsələlərdən biri yaşayış yeridir. Paytaxt ərazisində evlərin kirayə qiymətlərindən isə hər birimiz xəbərdarıq. Kirayə mənzil tutmağa maddi imkanı çatmayan tələbələr oxuduqları universitetlərin yataqxanalarına üz tuturlar. Bəs Bakıda yerləşən universitetlərin hamısının yataqxanası varmı? Yataqxanalar təhsilalanlara hansı şərtlərlə verilir?

Lent.az universitetlərin tələbə yataqxanaları ilə bağlı araşdırma aparıb.

Bakı Dövlət Universitetinin sorğumuza cavab olaraq bildirilib ki, BDU-nun müasir standartlara cavab verən "Tələbə evi"ndə hər bir şərait var:

“Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. "Tələbə evi" universitetə 1-2 dəqiqəlik məsafədə yerləşir. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Aylıq ödəniş haqqı bir nəfər üçün 75 manatdır”.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) verilən məlumata görə, tələbələrin yaşayışı üçün nəzərdə tutulan 5 binalı kompleks bu gün tam gücü ilə tələbələrə xidmət göstərə bilmir:

“Bunun səbəbi isə 1990-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı öz doğma el-obalarından didərgin düşən vətəndaşlarımızın digər universitetlərdə olduğu kimi AzMİU-nun da yataqxanalarında məskunlaşmasıdır. Kompleksin 4 binası uzun illər onların istismarında olub. Yalnız bir bina tələbələrin ixtiyarındadır ki, burada da 450-yə yaxın tələbə yerləşdirmək mümkündür”.

Məlumatda qeyd edilib ki, binada tələbələr üçün bütün şərait yaradılıb: 

“Yataqxanamıza tələbələrin marağı çox yüksəkdir. 50 AZN təşkil edən aylıq ödəniş isə digər universitetlərin yataqxana qiymətləri ilə müqayisədə kifayət qədər rəqabətədavamlıdır. Bu məbləğ yataqxananın təsərrüfat xərclərinin qarşılanmasına, tələbələrin internet, çamaşırxana xidmətlərinə sərf olunur. Bununla belə, tələbələrin təxminən 20-25%-i şəhid və qazi ailələri, müharibə veteranları və xüsusi həsas qrupa daxil olanlardır ki, onlar ödənişdən azad edilib”.

AzMİU tərəfindən bir nüans da diqqətə çatdırılıb ki, hansısa tələbənin ödəniş imkanı olmadıqda yataqxanadan çıxarılmır: 

“Belə halda tələbə ərizə yazaraq rektora müraciət edir və onun ödənişi keçici olaraq universitetin ictimai təşkilatları vasitəsilə ödənilir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) verilən məlumata görə, təhsil müəssisəsinin 320 nəfərlik yataqxanası fəaliyyət göstərir: 

“Yataqxanada həm yerli, həm də əcnəbi tələbələr qalır. Bir otaqda 2 və ya 3 nəfər qala bilir. 2 nəfər qaldıqda hər biri 50 manat, 3 nəfər qaldıqda isə hər biri 34 manat ödəniş edir. Orta təmirli olan yataqxanamızın yeni korpusunun inşa edilməsi ilə bağlı danışıqlar aparılır”.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) qeyd edilib ki, universitetin 5 yataqxanası var:

"Yataqxanalarda məcburi köçkünlər məskunlaşdıqları üçün tələbələrin istifadəsinə verilə bilmir. Onlar köçürüldükdən sonra yataqxanalar yenilənərək tələbələrin istifadəsinə verilə biləcək".

Hazırda Azərbayacan Tibb Universitetində 4 yataqxana fəaliyyət göstərir, 3 saylı yataqxana isə əsaslı təmirə dayandırılıb:

“Yataqxanaların ümumi tutumu 1000 nəfərə yaxındır.1 və 2 saylı yataqxanada Azərbaycan vətəndaşı olan qız tələbələrimiz, 6 saylı yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələrimiz və 5 saylı yataqxanada isə əcnəbi tələbələrimiz yaşayırlar. Hər il tədris ilinin başlaması ilə əlaqədar sentyabr ayının 1-dən etibarən yataqxanaya müraciət etmiş tələbələrimizin yerləşdirilməsi prossesi başlayır. Onu da qeyd etmək istərdik ki, Azərbaycan vətəndaşı olan oğlan və qız tələbələrimiz 100% yataqxana ilə təmin olunurlar. 2013-cü ildən universitet özünü maliyyələşdirməyə keçdikdən sonra  Elmi Şuranın qərarı ilə yataqxanada yaşamaq üçün müəyyən pul vəsaiti köçürülür. Tələbənin yataqxana haqqı köçürməsi yataqxanadan və otağın tutumundan asılı olaraq dəyişir. Ödəniş tək nəfərlik otaqlar ayda 110 azn, 2 nəfərlik otaqlar ayda 80 azn, 3-4 nəfərlik otaqlar isə 60 azn təşkil edir”.

Verilən açıqlamada həmçinin bildirilib ki, şəhid ailələri və valideyn himayəsindən məhrum olan tələbələr yataqxanaya ödənişsiz yerləşdirilir:

“Qazi uşaqlarına və I qrup əlil valideyini olan tələbələrə də müəyyən güzəştlər edilir. Universitet yataqxanaları rektorun, Universitet Həmkarlar İttifaqı Komitəsinin və təsərrüfat şöbəsinin nəzarəti ilə daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsi olaraq yataqxanalarda oxu zalı, istirahət otağı fəaliyyət göstərir və daim internetlə təmin olunur”.

Azərbaycan Dillər Universitetindən isə əməkdaşımıza bildirilib ki, ali təhsil müəssisəsinin 2 saylı yataqxanası qızlar üçün nəzərdə tutulub, 205 nəfərlikdir, xidmət haqqı 30 manat təşkil edir:

"Oğlanlar üçün isə 1 saylı yataqxana məcburi köçkünlər yerləşdirildiyi üçün hazırda tələbələr üçün fəaliyyət göstərmir. Lakin oradakı ailələr doğma yurda qayıtdıqdan sonra yataqxana təmir olunaraq tələbələrin istifadəsinə veriləcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Noyabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri