Icma.az
close
up
RU
Bakıda bu ərazidə yeni yol çəkilir

Bakıda bu ərazidə yeni yol çəkilir

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi işlərinə start verilib.

Pravda.az AAYDA-ya istinadən xəbər verir ki, yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilərək inşa edilir.

Dövlət Proqramına uyğun olaraq, yeni avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3.9 km təşkil edəcək. Layihəyə uyğun olaraq, avtomobil yolunda ümumi uzunluğu 2210 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulur.

Yeni yolun layihəsi Xəlil Rza Ulutürk küçəsi ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsindən başlayaraq "Ulduz" metrostansiyasının yaxınlığından keçərək, Ələsgər Qayıbov küçəsindən 1240 metr uzunluğa malik tunel vasitəsilə mövcud metro və dəmir yolu xəttlərinin altından Əliyar Əliyev küçəsinədək uzanır. Buradan isə Yusif Vəzir Çəmənzəmənli küçəsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək və uzunluğu 550 metr olan tunel vasitəsilə Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairədən keçərək, Koroğlu Rəhimov küçəsini kəsərək Həsən Əiyev küçəsinədək davam edir. Eyni zamanda Əliyar Əliyev küçəsi ilə yeni yolun kəsişməsində uzunluğu 410 metr tunelin inşası da nəzərdə tutulub ki, artıq ərazidə tikintiyə başlanılması üçün hazırlıq işləri gedir.

Layihə çərçivəsində "Ulduz" metrostansiyasından Ələsgər Qayıbov küçəsi istiqamətində, Bakmil metrostansiyası yaxınlığında və Əliyar Əliyev küçələrində mobilizasiya-demobilizasiya işləri yerinə yetirilib, tikinti altına düşən maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, müəyyən hissələrdə yararsız qruntun qazılaraq kənarlaşdırılması və rekultivasiya işləri, həmçinin zəruri ərazilərdə dəmir-beton svayların vurulması yerinə yetirilir, layihənin 3-cü km-lik hissəsində yeralti piyada keçidi inşa edilir.

Layihəyə uyğun olaraq Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında da tikinti işlərinə start verilib. Bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Artıq tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə təzminat ödənilməklə söküntü işlərinə də start verilib. Yeni inşa edilən yol boyu tikinti altına düşən digər maneələrin (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) qiymətləndirilməsi işləri həyata keçirilib və sənədləri hazırlanaraq təzminat ödənilməsi üçün aidiyyəti üzrə təqdim edilib.

Bundan başqa, 20 keçmiş məcburi köçkün ailəsinin məskunlaşdığı peşə məktəbi də yolun tikintisi altına düşdüyü üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə onların qısa müddətdə başqa yerə köçürülməsinə köməklik göstərilməsi üçün müraciət olunub.

Dövlət əhəmiyyətli yeni infrastruktur layihəsinin icrası zamanı ətraf mühitə və yaşıllıqlara təsirlərin maksimum dərəcədə azaldılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birlikdə monitorinqlər aparılır, movcud vəziyyət qiymətləndirilir.

Mütəxəssislərlə birgə həyata keçirilən fəaliyyət nəticəsində yaşıllıqlara dəyən ziyanın minimuma endirilməsi, uyğun ərazilərə yaşıllıqların köçürülməsi, təbiətə dəyən ziyanın bərpa dəyərinin ödənilməsi və əvvəlki həcmindən daha çox sayda yeni yaşıllıq zolaqlarının salınması üçün plan-proqram işlənib hazırlanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Fevral 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see191

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see170

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see158

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see131

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see126

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see126

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see122

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see122

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see117

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see117

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see116

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see116

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see116

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see115

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see115

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see114

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see114

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see113

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see113

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri