Icma.az
close
up
RU
Bakıda bu qurumlar payızdan yeni iş saatı rejimi ilə işləyəcək

Bakıda bu qurumlar payızdan yeni iş saatı rejimi ilə işləyəcək

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Azərbaycanda iş saatlarının dəyişdirilməsi məsələsi gündəmə gəlib. Deputat Vüqar Bayramov bildirib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub. Onun sözlərinə görə, proqram çərçivəsində bu mexanizmin məhz 2026-cı ildə tətbiqi planlaşdırılır.
“Dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən dəyişkən iş rejimi təşkil olunacaq", -deyə millət vəkili qeyd edib.
Maraqlıdır, işə başlama saatlarının fərqləndirilməsi doğrudanmı şəhərdə nəqliyyat yüklənməsini azalda bilər? Bu dəyişiklik daha çox hansı sahələrdə effektiv nəticə verəcək?
İqtisadçı Natiq Cəfərli Bakupost.az-a bildirib ki, Azərbaycanın əmək bazarına baxdıqda vəziyyət bir qədər mürəkkəb görünür:
“Ölkəmizdə muzdla çalışanların təxminən yarısı dövlət sektorundadır. Məsələn, 880 minə yaxın insan dövlət və büdcə sektorunda çalışır. Bura daha çox müəllimlər, həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və dövlət şirkətlərinin işçiləri daxildir. Onların iş qrafikinin dəyişdirilməsi o qədər də asan məsələ deyil. Məsələn, müəllimlərin iş saatlarını necə dəyişmək olar? Bunun üçün məktəblərin də iş rejimi dəyişməlidir. Məktəblərdə sinif otaqları kifayət qədər olmalıdır ki, dərslər 8, 9 və ya 11-də başlaya bilsin.
Amma belə bir dəyişiklik olsa, aşağı yaş qruplarında uşaqları məktəbə valideynlər necə aparacaq? Bu halda valideynlərin də iş qrafiki həmin rejimə uyğunlaşdırılmalıdır. Yəni bu, o qədər də asan həll olunan məsələ deyil.
Tıxac probleminin həlli təkcə bu amildən asılı deyil. Bakının əsas problemi həddindən artıq yüklənməsidir. Əsas hədəf Bakının yükünün azaldılması, işğaldan azad olunmuş bölgələrdə yüz minlərlə əhalinin yaşaya biləcəyi şəhərlərin yaradılmasıdır. Məsələn, Xankəndinin yarım milyonluq bir şəhərə çevrilməsi mümkündür. Ümumilikdə isə Bakı üzərindəki yükün azaldılması daha məntiqli yanaşma kimi görünür”.
Müstəqil ekspert Aygün Musayeva isə bildirib ki, Azərbaycanda sürətlə kəndlərin boşalması urbanizasiya prosesinin sürətlənməsinə və şəhər ilə regionlar arasında balansın kəskin şəkildə pozulmasına gətirib çıxarır. Onun sözlərinə görə, qaçqınların əksəriyyətinin Bakıda məskunlaşması, turist axını, bütün inzibati binaların burada yerləşməsi Bakının əhali yükünü artırıb və şəhərin normadan 2-3 dəfə artıq yüklənməsinə səbəb olub:
“Bu fonda boş torpaq sahələrinin azalması göstərir ki, mövcud yol infrastrukturu gələcək artıma tab gətirə bilməyəcək.
Bəzi qurumlar var ki, onların səhər 8-9-da fəaliyyətə başlamasına ehtiyac yoxdur.Bəzi inzibati binalar, ofislər, əhaliyə xidmət göstərməyən elmi-tədqiqat institutları, agentliklər, müxtəlif komitələr və rayon idarələri buna misaldır. Çünki onların geniş vətəndaş axını yoxdur, əsasən kabinetlərdə məhdud işlə məşğuldurlar.
Məsələn, statistik hesablama aparan qurumlar, elmi-tədqiqat institutları, Əlyazmalar İnstitutu, Elmlər Akademiyasının nəzdində olan müxtəlif müəssisələrdə vətəndaş qəbulu olmur. Bu qurumların hamısının səhər 8-9-da işə başlamasına ehtiyac yoxdur. Notariatlar, bəzi təhsil idarələri, çörəkbişirmə sexləri, metro, marketlər, apteklər, xəstəxanalar kimi xidmət sahələri isə erkən saatlarda işləməlidir. Digər fövqəladə və ya həyati xidmət göstərməyən qurumlar isə saat 10-11-də işə başlayıb 16:00–17:00-da işini başa vura bilər”.
Ekspertin fikrincə, hazırda iş saatının azaldılmasından qorxmaq lazım deyil:
“Çünki elə qurumlar var ki, onların saat 9-dan axşam 5–6-ya kimi işləməsinin ümumiyyətlə əhəmiyyəti yoxdur.
Əksinə, bu yanaşmanın iqtisadi və ekoloji faydaları var. Enerji sərfiyyatı azalır, xərclərə qənaət olunur, şəhərin ümumi yüklənməsi azalır, insanların xroniki stress baxımından sağlamlığı və psixi durumu düzəlir. Çünki uzun müddət Bakı kimi sıx şəhərdə tıxacda işə gedib çıxmaq həmin o idarələrin əməkdaşlarını da yorur.
Bank sektoru da iki növbəli iş rejiminə keçə bilər. Məsələn, bütün əməkdaşların səhər 9-da işdə olması vacib deyil. Universitetlərin sıx yerləşdiyi ərazilərdə - Elmlər Akademiyası, Sahil, Nəsimi rayonunda növbəli sistem tətbiq oluna bilər. Bir qrup dərsə səhər başlayırsa, digəri günortadan sonra və ya axşama qədər davam edə bilər. Hətta Sovet dövründə bəzi ali məktəblərdə gecə növbələri də mövcud olub”.
A.Musayeva deyir ki, hazırda dünyada aktual olan məsələ “neçə saat çox işlədim” yox, “nə qədər optimal işlədim”dir:
“Yəni bir əməkdaş işə gəlib 10 saat oturub heç nə etməyə bilər. Amma cəmi 4 saat işləyib qat-qat artyıq xeyir də verər”.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 İyun 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri