İsrail parlamentinə yeni spiker seçildi
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
İsrail qanunvericiləri Baş nazir Benyamin Netanyahunun əleyhdarları düşərgəsindən parlamentə (Knesset) yeni sədr seçiblər.
Yeniavaz.com xəbər verir ki, 120 qanunvericidən 66-sı Netanyahunun rəqibi Qadi Eysenkotun müttəfiqi, müxalif “Yaşar” Partiyasının üzvü Matan Kahanaya səs verib.
Netanyahunun “Likud“ partiyasından Ofir Katza isə 52 qanunverici səs verib.
İsrail parlamentində spikerlik əsas vəzifədir, çünki o, parlament gündəliyini müəyyən edir və təklif olunan qanun layihələri üzrə müzakirələri və ya səsvermələri sürətləndirə və ya ləngidə bilər.
Səsvermədən əvvəl təxminən yeddi saat davam edən və qızğın müzakirələrə səbəb olan debatlar keçirilib.
“Mən irqindən, dinindən və cinsindən asılı olmayaraq hər kəs üçün Knessetin spikeri olacağam”, - keçmiş xüsusi təyinatlı qüvvələr əsgəri 54 yaşlı Kahana səsvermədən dərhal sonra andiçmə nitqində bəyan edib.
Kahana parlament spikeri vəzifəsində 2022-ci ildən bəri bu vəzifəni tutan Netanyahunun müttəfiqi Əmir Ohananı əvəz edəcək.
Qeyd edək ki, parlament spikeri prezident öz vəzifələrini yerinə yetirə bilmədikdə dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq icra edir.
Bu mövzuda digər xəbərlər:Türkiyə parlamentinə sədr seçildi
03 İyun 2025 23:34
Gürcüstan parlamentinə sədr seçildi
25 Noyabr 2024 14:24
Azərbaycandakı yəhudi icmalarından İsrail parlamentinə tarixi çağırış: “Qondarma erməni soyqırımını TANIMAYIN!“
01 İyul 2026 14:13
Rubinyan spiker seçildi
03 Avqust 2026 14:19
Baxış sayı:82
Bu xəbər 18 Noyabr 2026 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















