Bakıda bu yolun hərəkət istiqaməti dəyişdirilir
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Böyükşor-Pirşağı yeni avtomobil yolunun 4–12-ci kilometrliyində aparılacaq tikinti işləri ilə bağlı olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, müvəqqəti dəyişiklik 6 iyun tarixində saat 09:00-dan başlayaraq tikinti işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir SİYAHI
04 Noyabr 2024 19:07
Bakıda hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək
05 İyun 2025 10:34
Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir
16 Mart 2025 17:02
57 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir
09 Noyabr 2024 11:09

