Bu cəhdlər ABŞ nın Azərbaycana münasibətində dəyişiklik yaratmayacaq ŞƏRH
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
"ABŞ-nın Konqresində Azərbaycana qarşı erməni lobbisi yanan bir ocaq kimi fəaliyyət göstərir. Zaman-zaman administrasiyalar dəyişsə də, erməni lobbisi Konqres çərçivəsində fəaliyyətini dayandırmır".
Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu çərçivədə həm ermənilərin təhlükəsizliyi, həm də Azərbaycanda insan hüquqlarının müdafiəsi kimi mövzularda erməni lobbisi daim Konqresdə məsələlər qaldırır, müəyyən qərarların qəbul edilməsinə cəhd göstərir:
"Yəqin ki, gələcəkdə də belə olacaq. Amma son həftələrdə erməni lobbisinin yenidən bu mövzuda aktivləşməsi, düşünürəm ki, daha çox 3 noyabr seçkilərində demokratların xeyli dərəcədə üstünlük qazanmasından irəli gələn həvəslə bağlı ola bilər. Görünür ki, 3 noyabr seçkilərindən sonra demokratların qələbəsi erməni lobbisini də fəallaşdırıb, ruhlandırıb və onlar yeni Konqresin fəaliyyətə başlayacağı vaxta qədər yeni Konqresdə müzakirə olunması üçün materiallar ortaya qoymağa çalışırlar.
Amma, əlbəttə, nəzərə alsaq ki, hələlik hakimiyyətdə, yəni ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyən edən qüvvə kimi Tramp administrasiyası fəaliyyət göstərir, erməni lobbisinin Tramp administrasiyasına elə də nəzərəçarpan təsir göstərəcəyini düşünmürəm.
Yəni Tramp administrasiyasının bu kimi məsələlərə, o cümlədən Azərbaycana, Türkiyəyə və Azərbaycan-Ermənistan sülh prosesinə münasibəti bəllidir. Ona görə də ən azı yanvar ayına qədər bu cür qərarların qəbul olunması cəhdləri ABŞ-ın Azərbaycana münasibətdə siyasətində dəyişiklik yaratmayacaq.
Amma əgər yanvar ayında demokratların üstünlük təşkil etdiyi Konqres fəaliyyətə başlasa, onda ABŞ-ın Qafqazdakı siyasətinə müəyyən təsir göstərmək cəhdləri olacaq. Bu cəhdlər müəyyən dəyişikliklərə səbəb olsa belə, dəyişikliklər birdən-birə baş verməyəcək. Çünki belə proseslər təkamül yolu ilə özünü göstərir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 26 Noyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















