Bakıda çağırışa gedən həkimi döydülər
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda həkim xəstənin yaxınları tərəfindən döyülüb.
"Unikal" Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, çağırışa gedən həkim Səmədov Mətin Arif oğlu xəstənin yaxınları tərəfindən döyülüb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. Fakt araşdırılır.

Bakıda çağırışa gedən həkimi döydülər
10 Dekabr 2024 00:58

