Bakıda çoxmərtəbəli parkinqlərin sayı niyə azdır? (VİDEO)
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Parkinqdə ödənişsiz dəqiqlər yoxdur…3 manatdan 25 manatdək… Parkinqdə boş yer yoxdur…
Paytaxtda avtomobillərin sayı artdıqca parkinq problemi də daha qabarıq şəkildə hiss olunur. Xüsusilə yeni tikilən yaşayış komplekslərinin ətrafında avtomobillərin səkilərdə, yol kənarlarında və hətta yaşıllıq sahələrində saxlanılması artıq adi hal olub. Bakıda çoxmərtəbəli parkinqlər niyə azdır?
Sürücülər deyir ki bir sıra binalarda yeraltı qarajlar olsa da, onların tutumu bütün sakinlərin ehtiyacını ödəmir.
Nəqliyyat üzrə ekspertlər hesab edirlər ki, şəhərin müəyyən hissələrində çoxmərtəbəli parkinqlərin tikilməsi küçə parklanmasının azalmasına və nəqliyyat axınının daha səmərəli təşkilinə kömək edə bilər.
Ekspert Adil Nəbiyev bildirdi ki, son illərdə tikilən bir çox yaşayış binalarında mənzil sayı ilə dayanacaq yerlərinin sayı arasında uyğunsuzluq müşahidə edilir. Bunun həlli istiqamətində də işlər görülməlidir.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 13 İyun 2026 02:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















