Bakıda da ödənişli yollar olacaq: Hazırlıq başlandı
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın bölgələri ilə yanaşı, paytaxt Bakıda da ödənişli yolların tətbiqi gözlənilir.
Artıq dövlət qurumları bu prosesin hazırlıqlarına başlayıblar.
FED.az biznes və maliyyə portalı xəbər verir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) Bakıda ödənişli hərəkət zonaları yaradılması layihəsi üzrə texniki məsləhət xidməti alır.
Məhz AYNA məsləhət xidmətini almaq üçün “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkətini seçib.
Şirkətlə birmənbə metodu ilə 307 min manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, “IDOM Consulting, Engineering & Architecture S.A.A.” ŞİRKƏTİ İspaniya şirkətidir.
O, 1957-ci ildə İspaniyanın Bilbao şəhərində yaradılıb və baş qərargahı həmin şəhərdə yerləşir.
Fəaliyyət sahəsi Konsaltinq, mühəndislik və memarlıq xidmətlərini əhatə edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 18 Avqust 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















