Bakıda dələduzluq və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nəsimi rayonu ərazisində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların ümumilikdə 1500 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub. SİA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 62 yaşlı Y.İsmayılov, 23 yaşlı S.Kişiyeva və E.Ələkbərov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla onların işə düzəltmək vədi ilə, eləcə də alqı-satqı saytlarının birində yerləşdirilən məhsula görə beh almaq kimi üsullarla vətəndaşların maddi vəsaitlərini mənimsəməsi məlum olub.
Bundan başqa rayon ərazisində bir qadının bankomatda unutduğu 300 manatını oğurlamaqda şübhəli bilinən 39 yaşlı S.İbrahimovanın saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 21 Fevral 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















