Icma.az
close
up
RU
Bakıda dinc etirazçılara və mülki əhaliyə amansızcasına divan tutuldu

Bakıda dinc etirazçılara və mülki əhaliyə amansızcasına divan tutuldu

Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.

Ədalət Partiyası 20 yanvar faciəsinin növbəti il dönümü münasibəti ilə bəyanat yayıb.

AzNews.az həmin bəyanatı təqdim edir:

"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına əsasən xalqın istiqlal səsini boğmaq üçün guya kütləvi ixtişaşların qarşısının alınması məqsədilə Bakıya qoşun yeridildi. Paytaxt Bakıda dinc etirazçılara və mülki əhaliyə qarşı amansızcasına divan tutuldu. İnsanlar paytaxtın küçələrində hərəkət edən zirehli texnikaların tırtılları altında əzildi və gülləbaran edildi. Etiraz dalğasına əsas səbəb isə ilk növbədə SSRİ -nin əsas siyasi rəhbərliyinin Cənubi Qafqazda diskriminasiya xarakterli siyasət yürütməsi idi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinə havadarlıq edən keçmiş SSRİ rəhbərliyi bir çox xalqların , o cümlədən azərbaycan xalqının bu ittifaqa olan etimadını sarsıtmışdı.

Hələ 1979-cu ildə Erməni daşnaqsütun partiyasının Afinada keçirdiyi qurultayında böyük ermənistan ideyasının reallaşdırılması məqsədilə müzakirəyə çıxardığı layihədə ekspansiya fəaliyyətinə Gürcütanın Cavaxetiya bölgəsindən və ya Dağlıq Qarabağdan başlanması məsələsi qoyulmuşdu. Yalnız bir səs çoxluğu ilə işğala Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən başlanması barədə qərar qəbul olundu. Qərarın həyata keçirilməsinə sonradan SSRİ-nin siyası rəhbərliyinin havadarlıq etməsi Azərbaycan xalqını hiddətləndirmişdi. Bu əsl xəyanət idi. Şübhəsiz ki, dövlət müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini tələb edən xalqın haqq səsini və milli ləyaqət hissini boğmaq cəhdi heç bir siyasi nəticə verə bilməzdi. Xalq artıq 1921-ci ildən başlayaraq zaman-zaman ərazilərimizi Ermənistana hədiyyə edən SSRİ ittifaqında mövcudluğunun davam etdirilməsini istəmirdi. Çünki SSRİ- siyasi rəhbərliyinin bir terror partiyasının məkirli etnik təmizləmə və işğal siyasətinin tələblərinə uyğun qərarlar qəbul etməsi onun siyasi mahiyyətini gizlədə bilməzdi . Artıq siyasi quruluşun boz rəngli tarixə qovuşması üçün sosial sifariş var idi. İstiqlaliyyətin çağdaş tarixi salnaməsini yazan qanlı yanvar faciyəsi imperiya siyasətinin iyrənc simasını ifşa etdi. Faciə nəticəsində paytaxt Bakıda 82 nəfər həlak oldu, 21 nəfər yaralandı, fövqəladə vəziyyət elan olunduqdan sonra daha 21 nəfər şəhid oldu, yanvarın 25-də isə Nefçalada və Lənkəranda 8 nəfər qətlə yetirildi. ALLAH bütün şəhidlərimizə rəhmət eləsin ! Bu gün istiqlal şəhidlərimizin əziz xatirəsi müstəqil Azərbaycan xalqının milli qurur və and yeridir.

Ədalət partiyası həmişə dövlətimizin ərazi bütövlüyünü, müstəqilliyini, xalqın vahidliyini və suverenliyini müdafiə etmiş, bu cinayətin təqsirkarlarının cəzalandırılmasını tələb etmişdir, bu gün də edir. Ədalət partiyası 20 yanvar şəhidlərinin, dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş, bu günkü bütöv və müstəqil Azərbaycan uğrunda şəhib olmuş vətən övldalarının xatirəsini uca tutur və dərin ehtiramla yad edir. Vətən sağ olsun! Ədalət partiyası olaraq biz bütün ümummilli məsələlərdə dövlətimizin yanındayıq. Dünyanın hər yerində, insan haqqlarına, dövlətlərin müstəqilliyinə, ərazi bütövlüyünə qarşı olan siyasəti pisləyir, sülhə tərəfdar, beynəlxalq hüquqa sayqı, ümumbəşəri dəyərlərə sədaqət nümayiş etdiririk. Tanrı Xalqımızı qorusun!"

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 19 Yanvar 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see118

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see116

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see114

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see113

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri