Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

Tikinti sektorunda yeni dələduzluq (Video)

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

Türkiyə böyük hesabla məğlub oldu

Şuşanı işğal edən erməni generallar ADLAR

Şuşanı işğal edən erməni generallar ADLAR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qarabağın itirilməsini həzm edə bilməyən ermənilər bu günkü tarixi - 8 mayı xatırlamaqla təsəlli tapmağa çalışırlar. 33 il əvvəl – 8 may 1992-ci ildə Şuşa erməni hərbi birləşmələrinin “Dağlarda toy” adlı əməliyyatı nəticəsində işğal olunmuşdu.
Modern.az-ın məlumatına görə, Şuşanın işğalı Qarabağdakı separatçı hərbi komandanı olmuş general-mayor Arkadi Ter-Tadevosyanın rəhbərliyi ilə dörd istiqamətdə həyata keçirilmişdi.

Şərq istiqamətindən Şuşaya hücum edən separatçı qüvvələrə Arkadi Karapetyan, Şimaldan Valeri Çitçyan, şimal-qərbdən Seyran Ohanyan rəhbərlik etmişdi. Yuri Hovhannisyan isə ehtiyat qüvvələrin komandiri idi. Cənubdan - Laçın istiqamətindən Şuşaya hücumu Samvel Babayanın rəhbərlik etdiyi qüvvələr həyata keçirmişdi.

Erməni mənbələri yazır ki, “Dağlarda toy” əməliyyatı mayın 8-nə keçən gecə saat 2:30-da Kirs dağındakı strateji mövqelərin ələ keçirilməsilə başlamışdı. Laçın-Şuşa yoluna nəzarəti ələ keçirən erməni qüvvələri səhərə yaxın Şuşaya daxil olmuşdular.

Erməni mənbələrinin məlumatına görə, Şuşa ilə bağlı əməliyyat həmin dövr üçün o qədər riskli hesab olunurdu ki, hətta o vaxtkı müdafiə naziri Vazgen Sarkisyan da onun həyata keçirilməsinin mümkünsüzlüyünə inanırdı. Ona görə də əməliyyat “Dağlarda toy” adlandırılıb: planı görən Sarkisyan bunun mümkün olmadığını deyib və Şuşanı zəbt edə bilsələr, evlənəcəyinə söz verib.
28 ildən sonra - 2020-ci il sentyanrın 27-də başlayan II Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun hədəflərindən biri Şuşanın işğaldan azad edilməsi idi.
2020-ci il noyabrın 6-da Azərbaycan Ordusu Şuşanın geri alınması əməliyyatına başladı. Sayca üstünlüyə malik olan ermənilər Azərbaycan hərbçilərinin görünməmiş qəhrəmanlığı, cəsarəti qarşısında duruş gətirə bilmədilər və noyabrın 7-də ağır itkilər verərək qaçmağa məcbur oldular.
Məğlubiyyəti həzm edə bilməyən düşmən bir neçə dəfə əks-hücuma keçdi, hətta noyabrın 7-də Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketi də atıldı. Amma ermənilərin əks hücumlarına baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular.
Şuşada Ermənistan ordusuna məxsus çoxlu texnika, silah-sursat ələ keçirildi,1000-dən çox işğalçı məhv edildi.

Noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın işğaldan azad olunduğunu bildirdi. Məhz Şuşa zəfəri müharibənin taleyini həll etdi və ertəsi gün Ermənistanın baş naziri kapituliyasiya aktını imzalamağa məcbur oldu.
Şuşanın işğalına rəhbərlik etmiş general Arkadi Ter-Tadevosyan 2021-ci ilin martında ölüb.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 May 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri