Mütəmadi olaraq qaragilə yeyin Səbəbi isə...
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mütəmadi olaraq qaragilə istehlakı yaşlı insanlarda beynin müəyyən bölgələrinə qan axınını yaxşılaşdıra bilər. Bu, Kanzas Universiteti Tibb Mərkəzinin (ABŞ) alimlərinin gəldiyi nəticədir.
Bakıvaxtı.az xəbər verir ki, tədqiqatın nəticələri Amerika Klinik Qidalanma Jurnalında (AJCN) dərc edilib.
Təcrübədə adətən həftədə bir dəfədən çox olmayaraq giləmeyvə yeyən 65-89 yaş arası 60 nəfər iştirak edib. Üç ay ərzində bir qrup gündəlik olaraq bir fincan təzə giləmeyvəyə bərabər olan qaragilə tozu, digər qrup isə plasebo (Plasebo effekti – psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti, - red.) qəbul edib.
Tədqiqat göstərib ki, qaragilə yeyən iştirakçılarda diqqət və qərar qəbuletmə üçün məsul olan beynin bölgəsinə qan axınında 7% artım müşahidə olunub. Beynin digər iki bölgəsində də qan axınının yaxşılaşması müşahidə olunub - 7% və 6%. Plasebo qrupunda heç bir əhəmiyyətli dəyişiklik olmayıb.
Alimlər qeyd ediblər ki, "Bu, qaragilənin tərkibindəki maddələrin qan damarlarına təsiri ilə əlaqəli ola bilər. Lakin, beynin hüceyrələri zədələnmədən qoruyan əsas antioksidantlarından biri olan qlütationun səviyyəsi dəyişməyib".
Söhbət əsasən giləmeyvələrə mavi-bənövşəyi rəng verən bitki piqmentləri olan antosiyaninlərdən - qaragilə polifenollarından gedir. Onlar endotelin - qan damarlarının daxili təbəqəsinin funksiyasına təsir göstərərək onların genişlənməsinə və normal qan axınının qorunmasına kömək edə bilər.
Müəlliflər hesab edirlər ki, qaragilə qocalıqda beyin sağlamlığını qorumaq üçün faydalı ola bilər. Lakin, tədqiqat idrak qabiliyyətlərinin deyil, qan dövranının yaxşılaşdığını göstərir; alimlər giləmeyvənin yaddaşı, diqqəti yaxşılaşdırdığını və ya demensiyanın qarşısını almağa kömək etdiyini müəyyən etməyiblər.
Elm adamları bildiriblər ki, bu təsirləri təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 12 Noyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















